Yaz rasionuna hansı tərəvəz və göyərtilər  daxil edilməlidir?
05 aprel 2026 02:38 (UTC +04:00)

Yaz rasionuna hansı tərəvəz və göyərtilər daxil edilməlidir?

0

Rusiyalı diyetoloq-nutrisioloq Sofya Kovanova yaz fəslində qidalanma rasionuna erkən yetişən göyərtilər, sitrus meyvələri və müəyyən tərəvəzlərin əlavə edilməsini tövsiyə edib.

Lent.az Aif.ru-ya istinadən xəbər verir ki, mütəxəssis yaz aylarında insanların enerji səviyyəsinin aşağı düşməsinin səbəblərini açıqlayıb. Həkimin sözlərinə görə, bu halın əsas səbəbi orqanizmdə D və B qrupu vitaminləri, eləcə də dəmir və maqnezium çatışmazlığı ola bilər.

Mütəxəssis immuniteti və maddələr mübadiləsini dəstəkləmək üçün rasiona aşağıdakıları daxil etməyi vacib sayır:

Göyərtilər: İspanaq, rukola və yaşıl soğan. Bunlar fol turşusu, C vitamini və antioksidantların zəngin mənbəyidir.

Tərəvəzlər: Turp və şalğam həzmi stimullaşdırır, bədəni liflə təmin edir. Lakin mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər bu tərəvəzləri ehtiyatla istehlak etməlidirlər.

Kələm: C, K vitaminləri və lif mənbəyi kimi yaz aylarında süfrələrin əvəzedilməzi olmalıdır.

Diyetoloq qeyd edib ki, bu qidalar orqanizmin yaz yorğunluğundan daha tez xilas olmasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar