“Mançester Siti” İngiltərə Kubokunun 1/4 finalında öz meydanında “Liverpul”u 4:0 hesabı ilə məğlub edib.
Lent.az xəbər verir ki, “şəhərlilər”in heyətində het-trikə Erlinq Haaland imza atıb. Norveçli hücumçu 39-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 45-ci və 57-ci dəqiqələrdə qol vurub.
Digər qolu isə 50-ci dəqiqədə Antoine Semenyo vurub.
64-cü dəqiqədə “Liverpul” hesab fərqini azaltmaq imkanı qazansa da, Məhəmməd Salah penaltini dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, “Mançester Siti” İngiltərə Kubokunun ilk yarımfinalçısı olub.