Salyanda qadın itkin   düşdü
04 aprel 2026 15:50 (UTC +04:00)

Salyanda qadın itkin düşdü

0

Salyanda qadın itkin düşüb.

Lent.az xəbər verir ki, Salyan rayon sakini 43 yaşlı Əhmədova Sevinc Xəlil qızı martın 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

S.Əhmədovanın boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək, sarı rəngli şalvar olub. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar