40 yaşdan  sonra necə arıqlamaq olar?
27 mart 2023 18:08 (UTC +04:00)

40 yaşdan sonra necə arıqlamaq olar?

Mütəxəssislər 40 yaşdan sonra arıqlamağın yollarını açıqlayıb. 

Lent.az xəbər verir ki, yaşlandıqca maddələr mübadiləsi, hormonlar və dəyişən fəaliyyət səviyyələri ilə əlaqəli olaraq çəki atmaq çətinləşir. 

Dietoloq Meri Sabat Şefaynds 40 yaşdan sonra arıqlamağın bir neçə yolu barəsində danışıb. 

Onun sözlərinə görə, hər şeydən əvvəl təzə meyvələr, tərəvəzlər, yağsız zülallar və dənli bitkilərdən olan qidalara üstünlük verilməlidir: 

“Çünki bu cür qidalar bədəninizi tələb edilən əsas komponentlərlə təmin edir. Aclıq hissini və ümumi kalori qəbulunu azaldır”.

Diyetoloq, həmçinin “fast food”lardan uzaq durmağı, ev şəraitində  bişmiş yeməklərin istifadəsini tövsiyə edib. 

Mütəxəssis bildirib ki, normal yuxu rejimi arıqlamaq üçün çox vacibdir. Çünki yuxu hormonları tənzimləyir, stressi azaldır və maddələr mübadiləsini gücləndirir.

Şefaynds gündəlik hərəkət rejiminin nizamda olmasının vacibliyini də vurğulayıb: 

“Gündəlik gəzintiyə çıxmaq, yüngül idman hərələtləri etmək artıq çəkilərdən xilas olmağın ən yaxşı alternativləri arasındadır. Bu, çəkilərlə yanaşı əsəbi, stressi azaldacaq və ümumi sağlamlığınızı da yaxşılaşdıracaq”. 
 

# 1068
avatar

Sevinc Fərid

Oxşar yazılar

İmmunitet sistemini gücləndirməyin  asan yolu

İmmunitet sistemini gücləndirməyin asan yolu

30 may 2023 , 13:57
Bu bitki artıq çəki ilə mübarizə aparır

Bu bitki artıq çəki ilə mübarizə aparır

30 may 2023 , 13:43
Qəhvədən sonra su içməyin ƏSAS SƏBƏBİ

Qəhvədən sonra su içməyin ƏSAS SƏBƏBİ

30 may 2023 , 13:21
Sağlam həyat tərzi nə deməkdir? - MÜSAHİBƏ

Sağlam həyat tərzi nə deməkdir? - MÜSAHİBƏ

30 may 2023 , 12:52
Qan təzyiqini bir dəqiqəyə azaltmağın ÜSULU

Qan təzyiqini bir dəqiqəyə azaltmağın ÜSULU

30 may 2023 , 12:23
Balanslaşdırılmış qidalanma nədir? - HƏKİMDƏN CAVAB

Balanslaşdırılmış qidalanma nədir? - HƏKİMDƏN CAVAB

30 may 2023 , 11:34
Üzümün az məlum olan   MÜALİCƏVİ xüsusiyyəti

Üzümün az məlum olan MÜALİCƏVİ xüsusiyyəti

30 may 2023 , 09:23
Dünyanın ən təhlükəli  5 MƏHSULU: yemək QADAĞANDIR

Dünyanın ən təhlükəli 5 MƏHSULU: yemək QADAĞANDIR

29 may 2023 , 18:27