Kaliforniya Texnologiya İnstitutunun və Çikaqo Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, insan əzələləri beyni prosesə cəlb etmədən müxtəlif stimullara kompleks reaksiya vermək qabiliyyətinə malikdir.
Lent.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu reaksiyalar sadə neyron şəbəkələrinin iş prinsiplərini xatırladır. Araşdırma "Nature" elmi jurnalında dərc olunub.
Əvvəlki araşdırmalar, bədənin hüceyrələrinin texnologiyadakı elektron sxemlər kimi molekulyar sxemlər vasitəsilə müxtəlif dəyişikliklərə cavab verdiyini irəli sürürdü. Bu belə təsəvvür edilirdi: bəzi hüceyrələr ətraf mühitdəki duz və turşunun miqdarını tanıyır, digərləri əmrlər verir, üçüncüləri isə qoruyucu strukturlar yaradır və ya arzuolunmaz birləşmələri çıxarmaq üçün işə salmağa mexanizmlər yaradır.
Yeni araşdırmada elm adamları bütün bu proseslərin əzələ hüceyrələrində eyni vaxtda baş verdiyi alternativ ideyanı araşdırıblar.
Mütəxəssislər müəyyən ediblər ki, əzələ toxumaları müxtəlif kimyəvi birləşmələri tanımaq və onlara reaksiya vermək, beyindən asılı olmayaraq molekulyar birləşmələr yaratmaq qabiliyyətinə malikdir.