Arıqlamağınıza mane olan ÜÇ MEYVƏ
27 sentyabr 2023 15:58 (UTC +04:00)

Arıqlamağınıza mane olan ÜÇ MEYVƏ

Artıq çəki ilə mübarizə aparanlar pəhrizlərinə diqqətli olmalıdırlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Vasilisa Ponomareva pəhriz və aşağı kalorili hesab edilən bəzi qidaların əslində arıqlama prosesini ləngidə biləcəyini deyib.

Onun sözlərinə görə, pəhriz saxlayanlara adətən daha çox meyvə-tərəvəz yemək məsləhət görülür, lakin onlar da ağıllı seçim etməlidirlər. Şirin meyvələrdən çəkinmək lazımdır: 

"Manqo, ananas və qovun kimi şirin tropik meyvələrdənsə, daha az şəkəri olan giləmeyvə, alma və armuddan həzz almaq lazımdır", - dietoloq bildirib.

O, şəkərli yeməklər və şəkərli içkiləri tamamilə azaltmağı da məsləhət görüb. Eyni zamanda, şirin sevənlər üçün kiçik bir sirr də açıb - desert əvəzinə bir neçə kiçik tünd şokolad parçalayıb, şirin bir şey istəyəndə onlara qəlyanaltı etmək daha yaxşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12174
avatar

Fidan İlqar

Oxşar yazılar