Banan pəhrizi  - Arıqlamaq və gümrahlaşmaq üçün asan üsul
04 noyabr 2025 18:26 (UTC +04:00)

Banan pəhrizi - Arıqlamaq və gümrahlaşmaq üçün asan üsul

0

Adi bir banan səhər rasionunun ulduzuna çevrilə və hətta arıqlamağa kömək edə bilər. Yaponiyada 2008-ci ildə yaradılan “banan dietası” qısa müddətdə ölkədə və bütün dünyada məşhurlaşıb.

Lent.az xəbər verir ki, bu pəhriz həm sadədir, həm də büdcəyə uyğundur.

“Banan dieetasının” qaydası sadədir: Səhər yeməyində istədiyiniz qədər banan yeyirsiniz, sonra isə 15–30 dəqiqə sonra isti su və ya şəkərsiz çay içirsiniz.

Niyə banan? Banandakı lif uzun müddət toxluq hissi yaradır. Triptofan və maqnezium əhval-ruhiyyəni yaxşılaşdırır, narahatlığı azaldır.

Vacib qeyd: Bu pəhrizin arıqlamaya birbaşa təsiri haqqında elmi sübutlar yoxdur. Ona görə də ən yaxşı nəticə üçün dietoloqla birlikdə fərdi menyu tərtib etmək tövsiyə olunur.

Əsas qaydalar

Səhər yalnız banan yeyin - istədiyiniz qədər. Yavaş-yavaş çeynəyin.

Gün ərzində kifayət qədər su için. Axşam yeməyini yatmazdan 3 saat əvvəl yeyin (ən gec 20:00). Gündüz menyusu balanslı olsun: tərəvəzlər, tam taxıllar, paxlalılar, zülal

Gec yatmayın - ən azı 7 saat yuxu. Hərəkətli həyat tərzi: yürüş, rəqs, yüngül idman

Nümunəvi günlük menyu

Səhər: banan + isti su / şəkərsiz çay

Günorta: tərəvəz salatı + balıq, toyuq və ya paxlalılar + az miqdarda düyü və ya tam dənəli məhsullar

Qəlyanaltı: meyvə və ya qoz–badam

Axşam: tərəvəz şorbası və ya sobada tərəvəz + zülal mənbəyi

Nələrdən uzaq durmaq lazımdır?

Şirin məhsullar, dondurma, qazlı içkilər. Çox yağlı yeməklər, fastfud, çips və pizza

Bu pəhriz kimə uyğun ola bilər?

Banan diyetasının üstünlükləri: Toxluq hissini uzadır, stressi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır. “Emosional yeməyi” azalda bilər.

Amma unutmamaq lazımdır ki, banan diyetasının uğuru ümumi sağlam həyat tərzindən asılıdır. Bu, möcüzə pəhriz deyil, balanslı qidalanma və aktivlik ilə birlikdə təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar