Bir qutu enerji içkisi  sizdən bunları alır - XƏBƏRDARLIQ
24 noyabr 2025 19:07 (UTC +04:00)

Bir qutu enerji içkisi sizdən bunları alır - XƏBƏRDARLIQ

0

Braziliyalı neyrocərrah Viktor Uqo Espindola xəbərdarlıq edib ki, cəmi bir banka enerji içkisi belə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Espindolanın sözlərinə görə, enerji içkiləri ürək-damar sisteminə mənfi təsir göstərir və bu, hərəkətsiz həyat tərzi və şəkərli diabet kimi amillərdən asılı olmadan baş verir. Həkim bildirib ki, bu içkilərin əsas problemi onların tərkibindəki taurin və kofeindir. Həmin maddələr damar tonusunu tənzimləyən reseptorlara təsir edir.

Mütəxəssis əlavə edib ki, enerji içkilərinin spirtlə birgə qəbulu riski daha da artırır. Bu zaman arterial təzyiq qəfil yüksələ bilər:

“Əgər sizdə artıq yüksək qan təzyiqi varsa, belə bir birləşmə insultla nəticələnə bilər”, - Espindola vurğulayıb.

Onun sözlərinə görə, bu vəziyyət təkcə yaşlı insanlarda deyil, həm də gənclərdə baş verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 78

Oxşar yazılar