Bu içkilər  dərini qurudur   - XƏBƏRDARLIQ
20 iyun 2024 18:24 (UTC +04:00)

Bu içkilər dərini qurudur - XƏBƏRDARLIQ

Gündəlik həyatda nə istehlak etdiyimizə diqqət etmək vacibdir və bu, təkcə qidaya deyil, içkilərə də aiddir. Onların bəziləri sağlamlığımıza mənfi təsir göstərə bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dərinin vəziyyətinə mənfi təsir göstərdiyi üçün pəhrizinizdə məhdudlaşdırılmalı olan içkilər var. Bu siyahıya alkoqol, şirin qazlı içkilər və milyonlarla insanın "sevdiyi" qəhvə daxildir. Məlum olub ki, bu içkilər tez-tez istifadə edildikdə dərini susuzlaşdırır və iltihablı proseslərə səbəb olur.

Mütəxəssisin sözlərinə görə, alkoqolun orqanizmə dağıdıcı təsiri çoxdan məlumdur, xüsusən də dərini daha az elastik edir, buna görə də onun üzərində qırışlar və səpgilər əmələ gəlir.

Şirin sodaya gəldikdə, onun tərkibində çoxlu şəkər var ki, bu da dərinin vəziyyətinə mənfi təsir göstərir və digər orqanlara zərər verir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Arzu Qurbanlı

Oxşar yazılar