Bu meyvə ömrü uzadır
12 avqust 2025 18:05 (UTC +04:00)

Bu meyvə ömrü uzadır

Hər gün avokado qəbulu maddələr mübadiləsini sürətləndirə və bağırsaq fəaliyyətini tənzimləyir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı eksperiment aparılıb.

İştirakçılar iki qrupa bölünüb və hər iki qrup gündə eyni miqdarda kalori alıb. Lakin birinci qrupun menyusuna əlavə olaraq avokado daxil edilib. Kişilər üçün 175 qram, qadınlar üçün isə 140 qram. Mütəmadi olaraq avokado qəbul edən iştirakçılar gündə orta hesabla 20 qram çox mono doymamış yağ turşusu və 14 qram çox qida lifi qəbul ediblər. Onların ümumi kalori qəbulu isə nəzarət qrupu ilə müqayisədə təxminən 300 kkal artıq olub.

Bundan əlavə, mikrobiota analizi də müsbət dəyişikliklər göstərib: birinci qrupda bağırsaqlardakı bakteriya müxtəlifliyi artıb ki, bu da immun müdafiəni dəstəkləmək və xroniki xəstəliklərin qarşısını almaq üçün vacibdir. Mikrobiomun pozulması çox vaxt iltihabi və maddələr mübadiləsi pozğunluqları ilə əlaqələndirilir.

Avokado həmçinin “pis” xolesterin, aşağı sıxlıqlı lipoproteinlərin (LSLP) səviyyəsini azaltmaqda da faydasını sübut edib. Tərkibindəki faydalı yağlar sayəsində bu meyvə orqanizmdə onun səviyyəsini aşağı salmağa kömək edir.

Əlavə olaraq müəyyən edilib ki, avokado qəbul edən qrupda qida liflərini parçalamağa cavabdeh bağırsaq bakteriyalarının sayı daha yüksək olub, əksinə bağırsaq iltihabını artıran öd turşularının səviyyəsi isə azalıb.

Beləliklə, avokadonun rasionda müntəzəm şəkildə yer alması orqanizmə real fayda verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar