Bu vərdiş  ömrü qısaldır   - Səhər yeməyin
24 iyun 2022 09:45 (UTC +04:00)

Bu vərdiş ömrü qısaldır - Səhər yeməyin

Səhər yeməyi dedikdə insanlar iki yerə ayrılır: səhər yeməyini sevənlər və sevməyənlər. Ümumilikdə, səhər yeməyinin sağlamlığımız üçün yaxşı və ya pis tərəfləri var. Dietoloqlar xəbərdarlıq edir ki, səhər yeməyi hətta insan ömrünə də təsir edir. 

Lent.az xəbər verir ki, bu barədə "Journal of Clinical Endocrinology & Metabolism" saytı məlumat yayıb. 

Məlumata görə, səhər yeməyi vərdişləri xroniki xəstəliklər riskini artıra və hətta ömrü qısalda bilər. 

Səhər yeməyini ötürmək çəkinizə birbaşa təsir edir. Araşdırmalara görə, səhər yeməyi yeyənlər axşam yeməyi yeyənlərə nisbətən təxminən 2 dəfə daha çox kalori itirir. 

Bundan əlavə, səhər yeməyi yeyənlərdə qan şəkəri və insulin səviyyələrində müsbət təsirlər olur. 

Səhər yeməyində az kalorili qidalar yeyənlərin, yüksək kalorili yeyənlərə nisbətən daha çox aclığı hiss etdiyi ortaya çıxıb. Bütün bu sadaladığımız təsirlər isə orta hesabla ömür müddətini 14 ilə qədər qısalda bilər. 

Buna görə də səhər yeməyində yediyiniz qidalara diqqət edin. 

Səhər yeməyində diabet xəstələrinin meyvə şirələrindən az istifadə etməsi məsləhətdir. Bunun yerinə həmin meyvələrin özünü yemək daha yaxşıdır. 

Bundan əlavə, oyanan kimi qəhvə içmək sağlamlığınıza ciddi zərərdir. Qəhvənizi səhər yeməyindən sonra içməyiniz daha yaxşı olar. Çünki araşdırmalar göstərir ki, qəhvə ən çox ölümə səbəb olan diabet və ürək xəstəlikləri üçün ciddi amil hesab edilən qan şəkəri nəzarətinə təsir göstərir. 

Səhər yeməyini etməmək ürək sağlamlığına ciddi ziyandır. 6500-dən çox insan üzərində aparılan araşdırmalarda səhər yeməyini yeməyənlərdə, yeyənlərə nisbətən ölüm riskinin 87 faiz daha çox olduğu ortaya çıxıb. 

# 5577
avatar

Sevinc Fərid

Oxşar yazılar