Depressiyaya qalib gəlməyin ƏN ASAN DADLI YOLU
14 avqust 2023 10:26 (UTC +04:00)

Depressiyaya qalib gəlməyin ƏN ASAN DADLI YOLU

Alimlər depressiyaya qalib gəlməyin dadlı və sağlam yolunu tapıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, fındıq gözlənilməz psixi sağlamlıq faydaları təmin edə bilər.

Bu qənaətə İspaniyanın Kastiliya-La-Mança Universitetinin tədqiqatçıları gəlib. Alimlər tədqiqatın başlandığı vaxt depressiya keçirməyən 37-73 yaş arası 13,5 min insanın məlumatlarını araşdırıblar. Təcrübə zamanı mütəxəssislər beş il ərzində iştirakçılar tərəfindən qoz-fındıq istehlakını qeydə alıblar.

Müşahidələrin nəticələrinə görə, alimlər 30 qram qoz-fındıq yemək depressiya ehtimalını 17% azaldır. Azalma digər həyat tərzi və sağlamlıq amillərindən asılı deyil.

Mütəxəssislərin fikrincə, hər şey qozun beyinə göstərə biləcəyi iltihab əleyhinə və antioksidant təsirlərdən gedir.

# 1851
avatar

Fidan İlqar

Oxşar yazılar