Diş üçün zərərli şirniyyatlar hansılardır? - STOMOTOLOQ AÇIQLADI
04 fevral 2023 09:09 (UTC +04:00)

Diş üçün zərərli şirniyyatlar hansılardır? - STOMOTOLOQ AÇIQLADI

Rusiyalı stomatoloq Lyudmila Şemyakina diş üçün zərərli şirniyyatların adını açıqlayıb.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, stomotoloq bildirib ki, şirniyyatların arasında ən zərərlisi şokoladdır.

Onun sözlərinə görə, şokoladın tərkibində olan karbohidratlar ağız boşluğundakı bakteriyalar tərəfindən aktiv şəkildə emal olunur və nəticədə diş minasını məhv edən turşular əmələ gəlir:

“Diş sağlamlığı üçün ən təhlükəli şirniyyatlar şokolad, şirniyyat və yüngül şəkər tərkibli digər məhsullardır. İnsan nə qədər tez-tez şirniyyat yesə, dişlərini fırçalamasa, bir o qədər tez problem yaşamağa başlayır. Şirniyyatdan dişlərdə ağrı iki səbəbə - çürük boşluqların olması və ya hiperesteziyaya görə baş verə bilər”.
 

# 1653
avatar

Arzu Qurbanlı

Oxşar yazılar