Döymələr immunitet sisteminə  necə təsir edir?
29 dekabr 2025 16:36 (UTC +04:00)

Döymələr immunitet sisteminə necə təsir edir?

0

Mütəxəssislər sübut ediblər ki, döymələr təkcə immun sisteminə deyil, eyni zamanda vaksinlərin effektivliyinə də təsir göstərə bilər. Məlum olub ki, mürəkkəbin həll olunmayan hissəcikləri limfa sisteminə yönəlir və limfa düyünlərində toplanaraq immun hüceyrələri ilə qarşılıqlı əlaqəyə girir.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, döymə mürəkkəbinin piqmentləri immun cavabın başlanmasında əsas rol oynayan makrofaqlarla qarşılıqlı təsirə girir və həmin hüceyrələrdə ən azı iki ay müddətində qalır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, COVID-19-a qarşı mRNT vaksin döymə olan nahiyəyə vurulduqda onun təsiri zəifləyib. Eyni zamanda, qripə qarşı inaktiv vaksin tətbiq edilən zaman yerli iltihab immun sisteminin reaksiyasını gücləndirib.

Alimlər bildirirlər ki, əldə olunan nəticələri hələlik insanlara birbaşa tətbiq etmək olmaz. Bununla belə, ehtiyat məqsədilə vaksinasiya zamanı döymə olan nahiyələrdən qaçmaq və döymələrə ümumilikdə daha diqqətli yanaşmaq tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar