Ən  faydalı bal   hansıdır?
14 mart 2024 00:15 (UTC +04:00)

Ən faydalı bal hansıdır?

Dünyada çoxlu sayda qida məhsulları var ki, onlardan ən sağlamı təbii məhsullar hesab olunur. Faydalılıq əmsalı baxımından ən sağlam qidalardan biri də baldır. 

Bəs hansı balı ən sağlam adlandırmaq olar?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, manuka kolunun çiçəklərindən alınan balın tərkibində B vitaminləri, C və A vitaminləri var. Bundan əlavə, dəmir, kalium, kalsium, natrium və fol turşusu ilə də zəngindir.

Bitki yalnız Yeni Zelandiyada və Avstraliyanın bəzi yerlərində rast gəlinir. Antiseptik və antiinflamatuar xüsusiyyətlərə malikdir. Onun faydalı olmasının sirri antibakterial maddə çıxaran bitkinin çiçəyindədir.

Bu bitkidən toplanan bal sterilizasiya və ya şüalanmadan sonra da öz faydalı maddələrini saxlayır. Buna görə bal yalnız soyuqdəymə, qrip və ya ARVI üçün faydalı deyil.

Bədən hüceyrələri üçün lazımdır, immunitet sisteminin işini yaxşılaşdırır və sinir sistemini dəstəkləyir.

Tərkibinə görə universal sayılır, lakin allergiya xəstələrinə tövsiyə edilmir.

# 12027
avatar

Arzu Qurbanlı

Oxşar yazılar