Gün ərzində  tox saxlayan   4 əsas qida
27 mart 2023 18:57 (UTC +04:00)

Gün ərzində tox saxlayan 4 əsas qida

Gün ərzində həddindən artıq kalori qəbulunun qarşısını almaq üçün tox saxlayan qidaları istehlak etməlisiniz.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, iştahı kəsən və aclığın qarşısını alan bu qidalar sayəsində arıqlama prosesiniz asanlaşa bilər. 

Yulaf

Yulaf liflə zəngin qidalar arasındadır. Həzm sistemini tənzimləyir və qəbizlik problemini aradan qaldırır. Bədəndə şişkinliyin qarşısını alır.

Antioksidant xüsusiyyətləri sayəsində sinir sisteminin sağlam işləməsini dəstəkləyir, stress, əsəbilik, narahatlığın qarşısını alır. 

Avokado

Avokado güclü doymamış yağ və kalium mənbəyidir. Doyurucu xüsusiyyəti ilə artıq kalori qəbulunu məhdudlaşdırır.

Avokadonu yumurta ilə istehlak edə və ya salatlarınıza əlavə edə bilərsiniz.

Yumurta

Hər gün səhər yeməyində 1 ədəd qaynadılmış yumurta yemək gün ərzində tox qalmağınıza kömək edir. Yumurta güclü protein mənbəyidir və yüksək qida dəyərinə malikdir.

Yumurtanın doyurucu xüsusiyyətindən yararlanmaq və arıqlamaq istəyirsinizsə, hər gün mütləq istehlak etməlisiniz.

Süd məhsulları

Kalsium mənbəyi kimi tanınan süd və süd məhsulları D vitamini ilə zəngin olduğu üçün orqanizmin bütün ehtiyaclarını ödəyir.

Pəhriz saxlayarkən qatıq, kefir, süd kimi məhsulların müntəzəm istifadəsi uzun müddət toxluq hissini təmin edir.
 

# 1782
avatar

Arzu Qurbanlı

Oxşar yazılar