Gündə  iki kivi   yeyin: 4 gün sonra...
11 aprel 2024 17:36 (UTC +04:00)

Gündə iki kivi yeyin: 4 gün sonra...

Tərkibindəki C vitamini baxımından kivi asanlıqla limon və digər sitrus meyvələri ilə rəqabət aparır. Sağlam qidalanma mütəxəssisləri bu meyvəni viruslarla mübarizə aparmaq və soyuqdəymələri müalicə etmək üçün rasionunuza daxil etməyi məsləhət görür.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, kivi yemək depressiya ilə mübarizə aparmağa kömək edir.

Kivinin tərkibi C vitamini ilə zəngindir. Tədqiqatlar nəticəsində məlum olub ki, gündə iki ədəd kivi yemək cəmi iki həftədə canlılığı artırır. 

Tədqiqatçılar təcrübədə iştirak edən 155 yetkin iştirakçının ilkin olaraq orqanizmlərində C vitamini səviyyəsinin normadan aşağı olduğunu müşahidə ediblər.

Bəzi xəstələr çatışmazlığını kompensasiya etmək üçün C vitamini qəbul ediblər. Bəziləri isə sadəcə gündə 2 ədəd kivi yeyib.

Məlum olub ki, meyvə yeyənlər müşahidənin 4-cü günündə müsbət dinamika nümayiş etdiriblər. C vitaminini əlavə olaraq qəbul edənlər yalnız on ikinci gündə emosional vəziyyətlərini yaxşılaşdıra biliblər.

# 3525
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Gözəlliyi qorumağın SİRRİ

Gözəlliyi qorumağın SİRRİ

1 may 2024 , 10:16
D vitamininin xərçənglə mübarizədə  daha bir faydası müəyyənləşib

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

1 may 2024 , 04:48
Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR

Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR

30 aprel 2024 , 19:49
Ayaqları  qabarlardan   qorumaq üçün - SADƏ ÜSUL

Ayaqları qabarlardan qorumaq üçün - SADƏ ÜSUL

30 aprel 2024 , 19:17
Gözlərimizin  səyirməsinin   SƏBƏBLƏRİ

Gözlərimizin səyirməsinin SƏBƏBLƏRİ

30 aprel 2024 , 17:31
Yuxusuzluq  gözəlliyə zərər verir

Yuxusuzluq gözəlliyə zərər verir

30 aprel 2024 , 15:18
Yüksək qan təzyiqi  olanlar spirtli içki içə bilər?

Yüksək qan təzyiqi olanlar spirtli içki içə bilər?

30 aprel 2024 , 12:31
Narın yeni faydaları  kəşf olundu

Narın yeni faydaları kəşf olundu

30 aprel 2024 , 11:03