Gündə nə qədər şokolad yeyə bilərik? - CAVAB
23 noyabr 2022 10:23 (UTC +04:00)

Gündə nə qədər şokolad yeyə bilərik? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu insanların gün ərzində nə qədər şokolad yeməsi ilə bağlıdır.

Əksər insanların imtina edə bilmədiyi qidalardan biri də şokoladdır. Amma danılmazdır ki, şokoladı çox sevsək də, onun orqanizmimiz üçün zərərləri tərəfləri də az deyil. 

Bəs, gündə nə qədər şokolad yeməliyik?

Araşdırmalara görə, gündə sağlamlıq və bədənə zərər vermədən ancaq 20 qr tünd şokolad yeyə bilərsiz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həkim qastroenteroloq Nuriya Danilova gün ərzində maksimum şokolad dozunu açıqlayıb.

"Tünd təbii şokoladda 50% kakao var. Gündə bir plitka şokolad yemək olduqca zərərlidir. Gün ərzində 20-30 qram şokolad sağlam insan üçün normadır. Onu da birdəfəyə yemək olmaz. Şokoladı əsas yeməkdən 15 dəqiqə sonra yemək lazımdır. Çay yanında 1 tikə şokolad və ya konfet yetərlidir. Bu zaman qanda kəskin şəkər artımından qorunmaq olar. İşdə fasilələrdə tez-tez çay və qəhvə ilə şirniyyat yemək diabetə səbəb olacaq. Adətən stress, xroniki yuxusuzluq və depressiyada olanda orqanizm şirniyyat tələb edir", deyə o qeyd edib.

# 1413
avatar

Fidan İlqar

Oxşar yazılar

İnsanlar ən çox bu xəstəliklərdən  ölür

İnsanlar ən çox bu xəstəliklərdən ölür

4 dekabr 2022 , 03:23
Azərbaycanda COVID-ə daha 21 yoluxma, ölən yoxdur

Azərbaycanda COVID-ə daha 21 yoluxma, ölən yoxdur

3 dekabr 2022 , 18:52
Epilepsiya xəstəliyi necə yaranır? - CAVAB

Epilepsiya xəstəliyi necə yaranır? - CAVAB

3 dekabr 2022 , 11:36
Şirin kartofun bilmədiyimiz faydaları

Şirin kartofun bilmədiyimiz faydaları

2 dekabr 2022 , 16:51
Gündə nə qədər yumurta yemək olar?

Gündə nə qədər yumurta yemək olar?

2 dekabr 2022 , 10:00
Koronavirusdan daha neçə nəfər öldü? -  SON STATİSTİKA

Koronavirusdan daha neçə nəfər öldü? - SON STATİSTİKA

1 dekabr 2022 , 16:34
Bill Klinton  koronavirusa yoluxdu

Bill Klinton koronavirusa yoluxdu

1 dekabr 2022 , 12:50
Qəhvə hansı xəstəliklərə səbəb olur?

Qəhvə hansı xəstəliklərə səbəb olur?

1 dekabr 2022 , 10:19