Hamilə qadınların qida rasionu necə olmalıdır?
24 mart 2021 19:34 (UTC +04:00)

Hamilə qadınların qida rasionu necə olmalıdır?

Hamiləlik zamanı qadınların immun sistemi zəifləyir. Məhz buna görə də infeksiyalara qarşı daha həssas olurlar. Xüsusilə hamiləliyin erkən mərhələlərində ürəkbulanmaya, əhvali-ruhiyyənin dəyişməsinə görə ananın kifayət qədər qidalanmaması xəstəliklərə tutulma riskini artırır. Dərman istifadəsi qadağan olunduğu üçün xəstəliklərin sağalma müddəti uzanır. Həmin dövrdə qan təzyiqinin artması da hamilə qadınlara rahatsızlıq verə bilər. Bütün bu hallar doğulacaq körpənin sağlamlığı üçün təhlükə faktorudur. Bir sözlə, hamiləliyin düzgün gedişi, gələcək ananın sağlamlığı və düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.

AQTA-dan Lent.az-a verilən məlumata görə, hamiləlik dövründə orqanizmi zərərli təsirlərdən qorumaq üçün immun sistemini gücləndirmək vacib şərtdir. Qida rasionunda vitamin və minerallarla zəngin olan meyvə-tərəvəzə üstünlük verilməlidir. Sitrus meyvələrinin, narın, brokkoli, kələm və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlərin, soğan, sarımsaq, kətan toxumunun tələb olunan miqdarda qəbulu olduqca faydalıdır. Hamilə qadınların qida rasionunda yumurta, süd və qırmızı ətin olması şərtdir. Həftədə azı 2 dəfə balıq yemək məsləhət görülür. Lakin körpənin sinir sisteminə zərər verə biləcək ağır metallarla zəngin olan balıqlar (məsələn, tuna balığı) istehlak olunmamalıdır. Hamiləlik dövründə bağırsaqların normal fəaliyyəti üçün qatıq, ayran və pendir kimi süd məhsullarının qəbulunu artırmaq lazımdır. Sinklə zəngin süd məhsulları, noxud, mərci, lobya kimi paxlalı bitkilər, eləcə də qoz-fındıq orqanizmin müqavimət qabiliyyətinin artırılmasına mühüm təsir edir. Fol turşusu, kalsium və dəmirlə zəngin məhsullar hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir. Xatırladaq ki, normadan artıq qidalanma da təhlükəli hesab olunur. Hamilə qadın üçün keyfiyyətli və sağlam qidalanmadan əlavə, düzgün maye qəbul etmək də vacibdir. Gündə azı 2,5-3 litr su içmək tövsiyə olunur. Su həzm sisteminə yaxşı təsir edir. Yuxusuzluq orqanizmin immun sisteminə mənfi təsir göstərən amillərdən biridir. Hamilə qadınların yuxu rejiminə diqqət yetirməsi şərtdir.

 

# 2253
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Bu çayı içərək BAŞ AĞRISINDAN  xilas ola bilərsiniz

Bu çayı içərək BAŞ AĞRISINDAN xilas ola bilərsiniz

15 may 2024 , 00:56
Bu bakteriyalar iltihabı  müalicə edir

Bu bakteriyalar iltihabı müalicə edir

14 may 2024 , 23:45
Daha çox  yaşamağa   kömək edən QİDALAR

Daha çox yaşamağa kömək edən QİDALAR

14 may 2024 , 18:28
Niyə qida rasionuna  kivi   əlavə etməliyik?

Niyə qida rasionuna kivi əlavə etməliyik?

14 may 2024 , 14:50
Saç tökülməsinin  qarşısını alan   3 əsas qida

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

14 may 2024 , 12:23
Çiyələk ilə hansı məhsulları birgə yemək olar? 

Çiyələk ilə hansı məhsulları birgə yemək olar? 

14 may 2024 , 10:31
Cökə çayının bilmədiyimiz  FAYDALARI

Cökə çayının bilmədiyimiz FAYDALARI

14 may 2024 , 05:24
Yayda qəhvə ilə necə tez arıqlamaq  olar?

Yayda qəhvə ilə necə tez arıqlamaq olar?

13 may 2024 , 18:41