Hansı hamilələr risk qrupuna aiddir? - CAVAB
14 avqust 2023 11:57 (UTC +04:00)

Hansı hamilələr risk qrupuna aiddir? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti riskli hamiləliklərlə ilə bağlıdır. 

Hamiləlik qadınlar üçün təbii fizioloji bir haldır. Lakin hamiləliyin gedişatında ana və dölün sağlamlığına təhlükə yarada biləcək bəzi ağırlaşmalar baş verə bilər. Bunlara əsasən hamiləlik zamanı qanaxmalar, hamiləlikdə hipertenziv vəziyyətlər, erkən doğuluş, ekstragenital patologiyalar - ürək-damar sistemi xəstəlikləri, böyrək, qaraciyər, endokrin sistemi xəstəlikləri aid edilir.

Maraqlıdır, bəs risk qruplarına hansı hamilələr aiddir?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova danışıb. 

Onun sözlərinə görə, bu sahədə dünyada çox sayda elmi araşdırmalar aparılmasına və bunun davam edilməsinə baxmayaraq, hamiləlikdə hipertenziv vəziyyətlərin yaranma səbəbini izah edən yekun bir nəzəriyyə mövcud deyil:

"Lakin bir sıra risk faktorları var ki, bunların vaxtında aşkarlanması və lazımi profilaktik tədbirlərin aparılması sözügedən ağırlaşmaların qarşısını almağa kömək edir. Bu risk faktorlarına anamnezində preeklampsiya olan qadınlar, 18 yaşdan aşağı və 35 yaşdan yuxarı olan hamilə xanımlar, piylənmədən əziyyət çəkənlər, yaxın qohumlarında preeklampsiya olanlar, çoxdöllü hamiləlik keçirənlər, bəzi ekstragenital xəstəlikləri olanlar (ürək-damar sistemi xəstəlikləri, böyrək xəstəlikləri, hipertoniya, şəkərli diabet) aiddir".

# 3564
avatar

Fidan İlqar

Oxşar yazılar