Həkim oksigen çatışmazlığının əlamətlərini  SADALADI
27 iyun 2022 05:25 (UTC +04:00)

Həkim oksigen çatışmazlığının əlamətlərini SADALADI

Həkimlər hipoksiyanın (oksigen çatışmazlığının) bütün orqanizmin fəaliyyətinə mənfi təsir etdiyini bildirib.

Lent.az xəbər verir ki, rusiyalı həkim Roman Gorenkov bunun qarşısını almağın yollarını sadalayıb.

Onun sözlərinə görə, hipoksiya bütün orqanizm üçün təhlükəli olsa da, ilk növbədə sinir toxumasının zədələnməsinə səbəb ola bilər.

“Klinik olaraq, hipoksiya özünü ilk növbədə sinir toxumasının zədələnməsi ilə göstərir, buna görə də onun fonunda zəiflik, artan yorğunluq, xroniki yorğunluq sindromu, baş ağrıları, başgicəllənmə, gündüz yuxulama, dərinin solğunluğu və hipotenziya inkişaf edir. Bunlar hipoksiyanın ilk qeyri-spesifik əlamətləridir”, - deyə Qorenkov bildirib.

Həkim vurğulayıb ki, orqanizmdə oksigen çatışmazlığı əsasən atmosfer təzyiqinin aşağı düşməsi və ya mənfi ekoloji amillərlə bağlıdır.

# 3318
avatar

Oxşar yazılar