Həm ömür uzadan  , həm də arıqladan PƏHRİZ
18 mart 2023 12:07 (UTC +04:00)

Həm ömür uzadan , həm də arıqladan PƏHRİZ

Həm ömür uzadan, həm də sağlam şəkildə arıqladan "Aralıq dənizi" pəhrizi barədə ötən gün məlumat vermişdik.  

Bu, həkim və dietoloqların ən çox bəyəndiyi pəhrizlərdən biridir. Bu pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin ki, səhhətinizə zərər yetirilməsin.

Lent.az xarici KİV-ə istinadən 5 günlük "Aralıq dənizi" pəhrizinin bir variantını təqdim edir.

1-ci GÜN

Səhər yeməyi

1 ədəd kivi və ½ banan 3 xörək qaşığı yulaf yarması ilə qarışdırılır. Üzərinə 100 qram yağsız xama əlavə edilir və yenidən yaxşı qarışdırılır.

İkinci səhər yeməyi

½ banan əzilir və 100 qram yağsız yoqurt ilə qarışdırılır.

Nahar

50 qram kartof, 50 qram yunan qabağı, 50 qram badımcan, 50 qram qabığı soyulmuş pomidor, ½ xırda doğranılmış soğan buğda bişirilir. Üzərinə doğranılmış keşniş və 1/2 xörək qaşığı zeytun yağı əlavə olunur.

İkinci nahar

1 alma və 1 kivi doğranılır, üzərinə bir qədər limon şirəsi sıxılır və şəkər əvəzedicisi  (diabet xəstələri üçün nəzərdə tutulmuş) ələvə olunur.

Şam yeməyi

100 qram bişmiş balıq + 100 qram tərəvəz salatı (pomidor, xiyar, zeytun, göyərti).

2-ci GÜN

Səhər yeməyi

50 qram çörək + 50 qram mosarella pendiri (və ya digər yağlılığı az olan pendir) + 1 dənə pomidor.

İkinci səhər yeməyi

100 qram yağı az olan yoqurt.

Nahar

100 qram buğda bişirilmiş quzu əti + 50 qram bişmiş düyü + tərəvəz salatı (1 bolqar bibəri, 1 pomidor, kahı,keşniş, reyhan, bir qədər zeytun yağı) + 50 qram çörək.

İkinci nahar

1/2 qreypfrut, 1 alma, 1 armud doğranılır və qarışdırılır. Üzərinə xırda doğranılmış qoz və şəkər əvəzedicisi (zövgə görə) ələvə olunur.

Şam yeməyi

1 xiyar, 1 pomidor, 1 bibər, 4-5 marinada qoyulmuş zeytun, göyərti doğranılır. Üzərinə 50 qram xırdalanmış pendir və bir qədər zeytun yağı ələvə olunur. 50 qram çörək yemək olar (istəyə görə).

3-cü GÜN

Səhər yeməyi

50 qram çörək + 40 qram yağı az olan vetçina.

İkinci səhər yeməyi

100 qram ananas, 1 alma, ½ banan doğranılır və qarışdırılır.

Nahar

50 qram bolqar bibəri + 50 qram yaşıl lobya + 50 qram badımcan + 50 qram pomidor + 50 qram gül kələmi doğranılır və buğda bişirilir. ½ soğan və 1 diş sarımsaq 1 stol qaşığı zeytun yağında bir qədər qızardılır və tərəvəzlərin üzərinə əlavə olunur. 30 qram makaron bişirilir və tərəvəzlə birgə yeyilir.

İkinci nahar

50 qram yağı az olan kəsmik + 50 qram xama qarışdırılır. Üzərinə 1 çay qaşığı bal əlavə olunur.

Şam yeməyi

100 qram balıq + tərəvəz salatı + 50 qram çörək.

4-cü GÜN

Səhər yeməyi

1 yumurta + 50 qram çörək.

İkinci yemək

100 qram yağı az olan yoqurt.

Nahar

Toyuğun sinə əti (100 qram) + 30 qram bişmiş makaron + tərəvəz salatı (pomidor + kahı + xiyar + kələm + göyərti).

İkinci nahar

50 qram çörək + 40 qram yağı az olan pendir.

Şam yeməyi

1 pomidor + 6 dənə qırmızı turp + 1 dənə bolqar bibəri + 1 xiyar + 5 dənə marinada qoyulmuş zeytun + ½ soğan + keşniş və reyhan doğranılır. Üzərinə 1 stol qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qram çörək ilə yeyilir.

5-ci GÜN

Səhər yeməyi

Yulaf yarması sıyığının üzərinə bir qədər kişmiş və doğranıl mış ərik qurusu əlavə olunur.

İkinci səhər yeməyi

1 pomidor + 30 qram pendir doğranılır. Üzərinə doğranmış reyhan və 1 çay qaşığı zeytun yağı əlavə olunur. Salat 50 qram çörəklə yeyilir.

Nahar

100 qram balıq buğda bişirilir, üzərinə limon şirəsi və göyərti əlavə olunur. 20 qram düyü bişirilir və balıqla yeyilir.

İkinci nahar

1 portağal, 1 kivi, 1 alma, bir qədər qoz doğranılır, üzərinə 2 xörək qaşığı yoqurt əlavə olunur.

Şam yeməyi

1 pomidor + 1 badımcan + 1 bibər + ½ soğan + 1 kartof doğranılır, buğda bişirilir və üzərinə ½ çay qaşığı zeytun yağı və doğranılmış göyərti əlavə olunur.

QEYD: Bundan ələvə gün ərzində 6-8 stəkan təmiz su içmək lazımdır. Əgər bu pəhriz xoşunuza gələrsə onu hətta 1-2 ay ərzində davam edə bilərsiniz.
 

# 2298
avatar

Fidan İlqar

Oxşar yazılar

Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09
Yuxu problemini həll edən meyvə - Ananas

Yuxu problemini həll edən meyvə - Ananas

23 aprel 2024 , 05:07