İsti havada  dərman qəbul edənlərin   NƏZƏRİNƏ: Ehtiyatlı olun
31 iyul 2025 10:54 (UTC +04:00)

İsti havada dərman qəbul edənlərin NƏZƏRİNƏ: Ehtiyatlı olun

Yay aylarında havanın həddindən artıq istiliyi yalnız insanların özünü narahat hiss etməsinə deyil, həm də dərmanların effektivliyinə mənfi təsir göstərə bilər.

Lent.az-ın xarici nediaya istinadla məlumatına görə, həkimlər xəbərdarlıq edir ki, yüksək temperatur bəzi dərmanların tərkibini poza bilər və onları faydalı vasitələrdən potensial təhlükəyə çevirə bilər. Xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlar isti havalarda dərman qəbuluna qarşı daha diqqətli olmalıdırlar.

İstiyə qarşı həssas dərmanlar hansılardır?

+25°C-dən yuxarı temperaturda saxlanıldıqda bir çox dərman təsirini itirə və ya təhlükəli hala gələ bilər. İnsulin, inhalyatorlar, hormonal plastırlar, sidikqovucular, antidepresantlar, antipsixotiklər və qanda şəkər səviyyəsini ölçmək üçün test zolaqları bu kateqoriyaya daxildir.

Həkimlər bu dərmanların günəş şüalarına məruz qalmamasını tövsiyə edir.

İsti hava və dərmanların əlavə təsirləri

Bəzi dərmanlar orqanizmin susuzluq hissini azaldır (məsələn, AÇF inhibitorları), digərləri isə orqanizmdə maye itkisinin artmasına səbəb olur (sidikqovucular).

Bundan əlavə, bəzi preparatlar bədənin temperaturunu artıra və fotohəssaslığı gücləndirə bilər. Məsələn, metotreksat və bəzi antibiotiklər qısa müddətlik günəşdə qalma zamanı belə dəri yanığına səbəb ola bilər.

Yay mövsümü üçün tövsiyələr

Dərmanları sərin və günəş şüalarından uzaq yerdə saxlayın. Rəngi, qoxusu və konsistensiyasında dəyişiklik olan dərmanlardan istifadə etməyin. Orqanizmin həddindən artıq isinməsindən qorunun, bol maye qəbul edin. Əhvalınızda və ya sağlamlığınızda ən kiçik dəyişiklik hiss etdikdə həkimə müraciət edin.

Bütün dərmanlar yay istilərinə davamlı deyil. Ona görə də bu mövsümdə ehtiyatlı olmaq sağlamlığınızı qorumaq üçün vacib addımdır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar