Marketlərdən heç vaxt  almayın: 7 zərərli məhsul
04 dekabr 2025 10:57 (UTC +04:00)

Marketlərdən heç vaxt almayın: 7 zərərli məhsul

0

Mağazalarda tez-tez aldığımız bir çox adi məhsullar əslində sağlamlıq üçün gözləniləndən daha zərərli ola bilər.

Lent.az xarici mediaya istinadla marketlərdə satılan ən təhlükəli 7 məhsul barədə xəbər verir.

1. Kolbasalar və sosiskalar

Rahat və tez hazırlanan məhsul kimi tanınsa da, tərkibində çox zaman nitritlər, həddindən artıq duz, fosfatlar və soya doldurucuları olur. Ən riskli maddələrdən biri natrium nitrit (E250) mədə-bağırsaq xəstəlikləri və xüsusən də mədə xərçəngi ilə əlaqələndirilir. Bu tip məhsulların tez-tez istehlakı qaraciyər və böyrəklərə yük salır, arterial təzyiqi artırır və çəki yığılmasına səbəb olur.

2. Qazlı içkilər

Şirin qazlı içkilər yüksək miqdarda şəkərdən ibarətdir. Bir butulka onlarla çay qaşığı şəkərə bərabər ola bilər. Tərkibindəki fosfor turşusu kalsiumun mənimsənilməsini zəiflədir, süni rəngləndiricilər isə allergiyaya və uşaqlarda davranış pozuntularına səbəb ola bilər. Qaz və turşular mədə selikli qişasını qıcıqlandıraraq qastrit riskini artırır.

3. Mayonez və sənaye sousları

Hazır sousların çoxu trans-yağlar, dad gücləndiriciləri, qalınlaşdırıcılar və konservantlarla zəngindir. Bu maddələr maddələr mübadiləsini pozur, insulinə qarşı davamlılıq yaradır və hormonal tarazlığı poza bilər. Allergik reaksiyaların artması da ehtimal olunur.

4. Quru səhər yeməkləri və şəkərli müsli

Tez hazırlanan qarışıqların əksəriyyəti rafinə edilmiş dənli bitkilər və şəkərli əlavələrdən ibarətdir. Yüksək qlikiemik indeks qanda şəkərin kəskin dəyişməsinə, enerji enişlərinə, müntəzəm istifadə zamanı isə piylənmə və diabet riskinə gətirir.

5. “3-ü 1-də” həll olunan qəhvə

Belə paketlərin tərkibində real qəhvə minimal, lakin şəkər, palma yağı, aromatizatorlar və stabilizatorlar maksimum olur. Daimi içildikdə ürək-damar sisteminə mənfi təsir göstərir, insulin səviyyəsində “sıçrayışlar” yaradır və metabolizmi pozur.

6. Dondurulmuş yarımfabrikatlar

Pelmenilər, naqqetslər, hazır pizzalar vaxt qazandırsa da, çox vaxt keyfiyyətsiz ət və onun əvəzedicilərindən hazırlanır. Tərkibində fosfatlar, emulqatorlar, stabilizatorlar və yüksək miqdarda duz olur. Bu maddələr ürək və böyrək fəaliyyətini zəiflədir, şişkinlik və hipertoniyaya yol açır.

7. Uşaq yoqurtları 

Reklamlar onları faydalı kimi təqdim etsə də, bir çox dolduruculu yoqurt şəkər, nişasta, süni aromatlar və rəngləndiricilərlə doludur. Bu məhsullar uşaqların şirinliyə meylini artırır, təbii dadları qavramağı çətinləşdirir və artıq çəkiyə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar