Narkozsuz dünyanın ən sürətli CƏRRAHI:  bir əməliyyatda 3 nəfəri  necə öldürdü?
01 aprel 2023 20:15 (UTC +04:00)

Narkozsuz dünyanın ən sürətli CƏRRAHI: bir əməliyyatda 3 nəfəri necə öldürdü?

Keçmişdə, narkozun (anesteziya) mümkün olmadığı vaxtlarda, əməliyyatlar həm həkimlər, həm də xəstələr üçün indikindən daha çətin idi. Daha ağrısız əməliyyat üçün həkimlər çox cəld olmalı idilər. Bununla məşhur olan Dr. Robert Liston tarixin ən sürətli həkimi olsa da, böyük səhvlərdən qaça bilməyib.

Lent.az xəbər verir ki, bu gün cərrahiyyə anesteziyasız ağlasığmazdır, amma bir vaxtlar belə deyildi. Cərrahlar xəstənin ağrısını minimuma endirmək və həyatını xilas etmək üçün yaradıcı olmalı idilər.

Bu dövrlərdə bir çox əməliyyatlar sürətlə həyata keçirilirdi, çünki əməliyyat nə qədər qısa olsa, xəstənin qanaxma və ağrı hiss etmə ehtimalı bir o qədər az idi. Ancaq bəzən sürətli olmaq düzgün əməliyyata mane ola bilər. Sürətinə görə ən məşhur cərrahlardan biri Dr. Robert Liston idi.

Robert Liston 1794-cü ildə Şotlandiyada anadan olub. Edinburq Universitetində tibb təhsili alıb, anatomiya ilə maraqlanaraq və tezliklə bacarıqlı cərrah kimi şöhrət qazanıb.

“West End-də ən sürətli bıçaq” kimi tanınan Robert Liston sürətli amputasiyalarda xüsusilə bacarıqlı idi. O dövrdə cərrahların əksəriyyəti sürət və bacarıqlarına görə dörd xəstədən birini itirdiyi halda, Liston yalnız on nəfərdən birini itirdi. Amma müəyyən məqamda işlər qarışdı.

Linston əməliyyat zamanı xəstənin ayağını amputasiya etməyə və cəld olmağa çalışırdı. Diqqətini o qədər cəmləyib ki, köməkçisinin barmaqlarını ayağı ilə birlikdə kəsib. O, bıçağı yenidən hərəkət etdirəndə, əməliyyatı izləyən bir nəfər bıçağın ona tərəf gələcəyindən qorxub və gördüklərindən sonra ölüb.

Xəstə və Listonun köməkçisi yaraları yoluxduqdan sonra dünyasını dəyişiblər. Üç ölüm Listonun əməliyyatını 300 faiz ölüm nisbəti ilə qeydə alınan yeganə əməliyyat etdi.

Həkim başqa bir əməliyyatda sürətinin qurbanı oldu. Əməliyyatı 2,5 dəqiqəyə başa vuraraq şəxsi rekordunu qıran həkim həyacandan xəstənin cinsi orqanını da kəsib.

O, da bir dəfə azyaşlı uşağın boynundakı şişin ət olduğunu zənn edib və onu çıxartmağa çalışıb. Lakin sonradan məlum olub ki, uşağın yuxu damarında anevrizma var və səhv müdaxilə nəticəsində oğlan dünyasını dəyişib.

Onun uğursuzluğuna baxmayaraq, Robert Liston görkəmli cərrah olaraq qalıb. Ölümündən sonra həmyaşıdları onun şərəfinə mərmərdən heykəl ucaldıb, onun adına təssi edilən mükafatları uğurlu tələbələrə veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8946
avatar

Mehman Nəbiyev

Oxşar yazılar