Qadınlar doğuşda,  yoxsa abortda  daha çox ölür? - ARAŞDIRMA
07 fevral 2026 18:34 (UTC +04:00)

Qadınlar doğuşda, yoxsa abortda daha çox ölür? - ARAŞDIRMA

0

Alimlər qadınların hamiləlik dövründə və hamiləliyin öz istəyi ilə dayandırılmasından sonra həyat üçün mövcud riskləri müqayisə ediblər.

ABŞ-da aparılan yeni genişmiqyaslı tədqiqat göstərib ki, hamiləlik və doğuş zamanı ölüm riski əvvəlki proqnozlarla müqayisədə üç dəfə yüksəkdir. Alimlər xəbərdarlıq edirlər ki, aborta çıxışın məhdudlaşdırılması ana ölümü göstəricilərinin kritik şəkildə artmasına səbəb ola bilər.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Network Open elmi jurnalında dərc olunub.

Tədqiqatın nəticələrinə əsasən, qadının hamiləlik, doğuş və ya bu proseslərlə bağlı ağırlaşmalar nəticəsində həyatını itirmə riski əvvəl düşünüləndən üç dəfə çoxdur. Eyni zamanda bu risk abort nəticəsində ölüm ehtimalını 44–70 dəfə üstələyir.

Alimlər 2018–2021-ci illər ərzində ABŞ üzrə ümummilli statistik məlumatları təhlil ediblər. Araşdırma təxminən 15 milyon doğuş və 3,5 milyondan çox abort halını əhatə edib. Hesablamalara hamiləlik dövründə və doğuşdan sonrakı bir il ərzində, əgər ölüm hamiləlik ağırlaşmaları və ya həmin dövrdə yaranmış infeksiyalarla əlaqəli olubsa, bu hallar daxil edilib.

Eyni zamanda COVID-19-la bağlı ölümlər, düşüklər, qeyri-qanuni abortlar və hamiləliklə birbaşa əlaqəsi dəqiq müəyyən edilməyən hallar analizdən çıxarılıb.

Hətta bu məhdudiyyətlərə baxmayaraq, alimlər müəyyən ediblər ki, orta hesabla hər 100 min doğuşa 32 ana ölümü düşür. 2021-ci ildə isə bu göstərici demək olar ki, 44-ə yüksəlib. Bu, 1998–2005-ci illərdə qeydə alınan 8,8–14,5 göstəricisindən xeyli yüksəkdir.

Tədqiqatçılar bu artımı əsasən ölüm hallarının qeydiyyat və uçot sisteminin təkmilləşdirilməsi ilə izah edirlər, yəni söhbət kəskin real artımdan yox, daha dəqiq statistikadan gedir. Bununla belə, alimlər vurğulayırlar ki, təhlükəsiz aborta çıxışın məhdudlaşdırılması real şəkildə ana ölümünün artmasına gətirib çıxara bilər.

Qeyd olunur ki, digər bir elmi araşdırma 12 həftəyədək ev şəraitində aparılan medikamentoz abortun xəstəxana şəraitində həyata keçirilən prosedur qədər təhlükəsiz və effektiv olduğunu sübut edib. 371 halın təhlili göstərib ki, hər iki üsulda ağırlaşmaların və ya natamam abortun payı demək olar ki, eynidir.

İki mərhələli dərman qəbulu əsasında həyata keçirilən bu metod hamiləliyin inkişafını dayandırmağa və embrionun orqanizmdən çıxarılmasına imkan verir. Alimlərin fikrincə, bu yanaşma tibb müəssisələrinin yükünü azaldır və qadınların reproduktiv seçim imkanlarını genişləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar