Qaraciyər xəstəliklərinin yaranmasının əsas səbəbi
30 iyun 2023 17:11 (UTC +04:00)

Qaraciyər xəstəliklərinin yaranmasının əsas səbəbi

Alimlər qaraciyər xəstəliyinin yaranmasının beyin funksiyasının azalması ilə əlaqəli olduğunu aşkar ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, qaraciyər fibrozu - orqanın bir çox xroniki xəstəliklərində baş verən qaraciyər toxumasının çapıqlanması beyin funksiyasının azalması ilə əlaqədardır. 

Tədqiqat zamanı müəlliflər qaraciyər fibrozunun beynə necə təsir göstərə biləcəyini daha yaxşı başa düşmək üçün 500 mindən çox insanın məlumatları təhlil edilib. İştirakçılar qaraciyərin sağlamlığını, idrak funksiyasını və beynin müxtəlif bölgələrində boz maddənin həcmini qiymətləndiriblər.

Təhlillər göstərib ki, sağlam iştirakçılarla müqayisədə qaraciyər fibrozu olan xəstələrdə koqnitiv qabiliyyətlər və hipokampus, talamus, striatum və beyin sapında boz maddənin həcmi azalır. Buna görə də beyinə təsir edən qaraciyərin xroniki iltihabında hər şeyin baş verə biləcəyi güman edilir.

# 2235
avatar

Arzu Qurbanlı

Oxşar yazılar