Qida borusu xərçəngi:   hansı əlamətlər bunu göstərə bilər?
01 aprel 2022 18:52 (UTC +04:00)

Qida borusu xərçəngi: hansı əlamətlər bunu göstərə bilər?

0

Qida borusuxərçəngi olan bir çox xəstədə boğazına yemək tıxanmış kimi qəribə hisslər olur.

Con Hopkins Tibb Məktəbinin mütəxəssislərinin fikrincə, bu əlamət təhlükəli xəstəliyə işarə edə bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, xəstəliyin digər mümkün əlamətlərinə aşağıdakılar daxildir:

• Udmaqda çətinlik;

• Kefsizliyin ümumi hissi;

• Sinə ağrısı;

• İstənmədən arıqlamaq;

• Qan qusma;

• Davamlı öskürək;

• Boğuq səs;

• Mədə qıcqırması.

Mütəxəssislərin sözlərinə görə, qida borusu xərçənginin inkişafı üçün risk faktorlarına aşağıdakılar daxildir:

• Siqaret çəkmək;

• Alkoqoldan sui-istifadə;

• Xroniki ürək yanması və ya turşu refleksi;

• Qastro-ezofageal reflyuks xəstəliyi (xroniki təkrarlana xəstəlik);

• Axalaziya (aşağı yemək borusunun əzələlərinin nadir rastlanan xəstəliyi).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8715

Oxşar yazılar