Qocalmanı yavaşlatmaq üçün neçə fincan çay içmək olar?
15 aprel 2024 09:35 (UTC +04:00)

Qocalmanı yavaşlatmaq üçün neçə fincan çay içmək olar?

Alimlər sübut ediblər ki, çay içənlər daha yavaş qocalır və depressiyadan daha az əziyyət çəkirlər. Tədqiqatçılar tərəfindən aparılan son araşdırmalar qocalma prosesini yavaşlatmaq, başqa sözlə desək, insanın bioloji yaşını azaltmaq üçün gündəlik istehlak edilməli olan çayın optimal sayını ortaya çıxarıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar gündə təxminən üç fincan çayın bu baxımdan ən böyük fayda verə biləcəyini göstərir.

Tədqiqatçılar bir stəkan çayın həcmini 200 mililitr olaraq təyin ediblər. Bununla belə, tədqiqat bitki mənşəli sortlar üzərində deyil, qara və yaşıl çay əsasında aparılıb.

Çayın qocalma əleyhinə xüsusiyyətlərə malik olmasının səbəbləri hələ tam aydın olmasa da, elm adamları çayın tərkibində olan müxtəlif bioaktiv maddələrin, məsələn, uzunömürlülüklə əlaqəli olan polifenolların təsir etdiyini irəli sürürlər.

Araşdırma nəticəsində məlum olub ki, həm müntəzəm çay içənlər, həm də çay içməyə yeni başlayanlar içməyənlərə nisbətən bioloji yaşlarında azalma müşahidə ediblər. Eyni zamanda, çay içməyi dayandıranların bioloji yaşının sürətlə artması müşahidə olunur.

Bundan əlavə, məlum olub ki, çay həvəskarları narahatlıq və depressiyadan, həmçinin yuxusuzluq problemlərindən daha az əziyyət çəkirlər.

Tədqiqat həmçinin müəyyən edib ki, çayın faydaları içki içməyənlərə nisbətən daha çox olub.

# 1815
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bu qəhvə növü  ölümcül xəstəliyə   səbəb olur

Bu qəhvə növü ölümcül xəstəliyə səbəb olur

3 may 2024 , 19:54
 Həkim qəbulunda   etdiyimiz SƏHVLƏR

Həkim qəbulunda etdiyimiz SƏHVLƏR

3 may 2024 , 19:32
Saçınızı yuyanda  şampundan   tez-tez istifadə etməyin

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

3 may 2024 , 18:04
Gündə nə qədər  oturmaq, durmaq və yatmaq   lazımdır? - Maraqlı CAVAB

Gündə nə qədər oturmaq, durmaq və yatmaq lazımdır? - Maraqlı CAVAB

3 may 2024 , 17:09
Vegetarianlıq nədir? - 3 əsas növü

Vegetarianlıq nədir? - 3 əsas növü

3 may 2024 , 12:33
191 yeni dağıdıcı virus  müəyyən edildi

191 yeni dağıdıcı virus müəyyən edildi

3 may 2024 , 12:22
Qızartmaq üçün ən yaxşı 3 yağ

Qızartmaq üçün ən yaxşı 3 yağ

3 may 2024 , 10:19
Qadınları yaşlı göstərən  məşhur kosmetik məhsul

Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul

3 may 2024 , 09:35