Qulaq çöpündən istifadə etmək doğrudur? -  CAVAB
02 fevral 2023 14:55 (UTC +04:00)

Qulaq çöpündən istifadə etmək doğrudur? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu qulaq çöpünün istifadəsi ilə bağlıdır.

Dünyada bir çox insan qulaq çöpündən istifadə edir.

Maraqlıdır, görəsən, qulaq çöpünün hər hansı bir zərəri varmı? 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, mütəxəssislər bildirir ki, qulaq çöpündən yanlış istifadə sağlamlığa çox zərər verir:

“Qulaq çöpü üz iflicinə səbəb ola bilər. Qulaqlarda yığılan kir eşitmənizə mane ola bilər. Bu çöplərdən istifadə halları artdıqca qulaqda yığılan çirkin miqdarı da artır. Kir yalnız qulağın kənarında toplanır və bunu qulaq çöpü ilə təmizlədikdə onun içəriyə doğru yığılmasına səbəb oluruq. Bu həmçinin qulaq pərdəsinə ciddi şəkildə zərər verə bilər. Qulağı su və ya zeytun yağı ilə təmizləmək daha məqsədəuyğundur. Əgər, qulaqda tıxanıqlıq varsa, təxminən üç-dörd gün ərzində gündə iki dəfə qulağınıza iki və ya üç damcı zeytun yağı tökün”. 

# 2715
avatar

Arzu Qurbanlı

Oxşar yazılar