Süd zülallar, kalsium, B qrupu vitaminləri və digər mühüm qidalarla zəngin olan faydalı içkidir. Bəs bu qədər qidalı olan südü səhərlər acqarına içmək doğrudurmu? Kimlər üçün bu faydalı ola bilər, kimlər üçün isə zərərlidir?
Lent.az bu mövzu ilə bağlı xarici mediaya istinadən xəbər verir.
Acqarına süd içməyin faydaları
1. Orqanizmin qida maddələrinə tələbatını ödəyir
Dietoloq Roxini Patil qeyd edir ki, səhər günə bir stəkan süd ilə başlamaq, bədənə tez enerji verir və vacib qidalandırıcı maddələrlə təmin edir. Süd tərkibində olan zülal əzələ və toxuma bərpasına kömək edir, kalsium sümük və diş sağlamlığı üçün vacibdir, D vitamini kalsiumun mənimsənilməsini dəstəkləyir. Bu qida maddələri sümük gücü, əzələ funksiyaları və ümumi sağlamlıq üçün önəmlidir. Bu səbəbdən süd, səhər yeməyi öncəsi ideal əlavə ola bilər.
2. Gecə boyu itirilən mayeni bərpa edir
Südün təxminən 90%-i sudan ibarətdir, bu da onu bədənin maye balansını bərpa etmək üçün əla vasitəyə çevirir. Yuxudan sonra bədən bir qədər susuzlaşmış olur və süd orqanizmin nəm tarazlığını tezliklə bərpa etməyə kömək edir. Maye balansı enerji səviyyəsinin stabil qalması, bədən temperaturunun tənzimlənməsi, metabolizmin düzgün işləməsi üçün həyati əhəmiyyət daşıyır.
3. Mədə üçün rahatlaşdırıcı təsir göstərir
Süd, xüsusilə turş və ağır qidaların mədəni qıcıqlandırdığı günlərdən sonra, mədə divarını sakitləşdirir. Acqarına içildikdə süd mədə turşusunu azalda bilər, həzm prosesini yüngülləşdirə və diskomfortu azalda bilər. Əgər əvvəlki gün yağlı və turş qidalar yemisinizsə, səhər acqarına içilən süd həzm sisteminiz üçün rahatlaşdırıcı təsir göstərə bilər.
Səhər süd içməyin zərərləri
1. Laktaza çatışmazlığı və həzm problemləri
Əgər sizdə laktaza çatışmazlığı (laktaza fermentinin azlığı) varsa, südü acqarına içmək qarnın köpü, ishal və qaz kimi simptomlara səbəb ola bilər. Bu vəziyyətə laktaza dözümsüzlüyü deyilir. Laktaza problemi olan insanlar süd məhsullarından çəkinməli, alternativ olaraq bitki mənşəli südlərə (məsələn, badam, yulaf südü) üstünlük verməlidir.
2. Qanda şəkərin artması
Süd təbii şəkər (laktoza) ilə zəngindir. Acqarına içildikdə bu şəkər qanda şəkərin sürətli yüksəlməsinə və diabeti və insulinə həssaslığı olan insanlar üçün riskli ola bilər. Bu səbəbdən şəkər və metabolik pozğunluğu olan şəxslər süd qəbulunu həkimlə məsləhətləşməli və ya alternativ içkilər seçməlidir.
3. Digər qida maddələrinin mənimsənilməsinə təsiri
Süd çox miqdarda kalsium ehtiva edir. Kalsiumun yüksək miqdarı isə dəmir və sink kimi vacib mineralların bədən tərəfindən sorulmasına mane ola bilər. Bu iki mineral immun sisteminin güclü olması, qanda oksigen daşınması, dəri və saç sağlamlığı üçün çox vacibdir.
Səhər süd içmək kimə uyğundur?
Normal həzm sisteminə sahib olanlar, aktiv həyat tərzi keçirənlər, uşaqlar, yeniyetmələr və yaşlı insanlar, mədə problemi olmayanlar üçün faydalıdır.
Kimlər ehtiyatlı yanaşmalıdır?
Laktaza dözümsüzlüyü olanlar, diabet və ya insulin problemi olanlar və qidalandırıcı maddələrin balansına diqqət edənlər.