Şəkərli diabetin qorxulu növü  TAPILDI: hansı fəsadları var?
17 oktyabr 2025 15:54 (UTC +04:00)

Şəkərli diabetin qorxulu növü TAPILDI: hansı fəsadları var?

0

Yenidoğulmuş uşaqlarda yeni növ şəkərli diabet aşkarlanıb.

Lent.az xəbər verir ki, bu, artıq çəki və ya piylənmə ilə əlaqəli olmayan, genetik əsaslı nadir bir diabet formasıdır.

Bu səbəbdən xəstələnmiş körpələrdə nevroloji pozğunluqlar, o cümlədən epilepsiya və mikrosefaliya (kiçik beyin ölçüsü) müşahidə olunub.

Alimlər hesab edirlər ki, bu nadir diabet növünün kəşfi insulin sekresiyasının mexanizmlərini daha dərindən anlamağa imkan verəcək və gələcəkdə neonatal və digər diabet formaları üçün yeni müalicə üsullarının inkişafına yol aça bilər.

Hazırda dünyada 600 milyona yaxın insan müxtəlif formalı diabetdən əziyyət çəkir. Bu yeni elmi tapıntı genetik mənşəli xəstəliklərin diaqnostikasında və fərdi müalicə yanaşmalarında mühüm dönüş nöqtəsi hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar