Veqan pəhriz ürək sağlamlığına necə təsir edir? - QOCALMANI LƏNGİDİR
07 dekabr 2023 16:15 (UTC +04:00)

Veqan pəhriz ürək sağlamlığına necə təsir edir? - QOCALMANI LƏNGİDİR

Veqan pəhriz ürək sağlamlığına necə təsir etdiyi açıqlanıb. Yeni bir araşdırma bu qidalanma strategiyasının təəccüblü xüsusiyyətlərini kəşf edib.
Ardıcıl vegan pəhrizindən sonra aparılan bir araşdırma sağlamlıq baxımından əhəmiyyətli faydaları müəyyən edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, genetika, tərbiyə və həyat tərzi kimi dəyişənlərin təsirini istisna etmək üçün araşdırmada 22 cüt eyni əkiz uşaq iştirak edib.

Əkizlər iki qrupa bölünüb, hər ikisi tərəvəz, paxlalılar, meyvələr, tam taxıllar, qoz-fındıq və toxumlarla zəngin sağlam qidalar istehlak ediblər. Əsas fərq o idi ki, hər bir cütün əkizlərindən biri orta miqdarda ət, digəri isə ciddi şəkildə bitki əsaslı pəhriz yeyib.

Stanford Universitetinin dietoloqu Kristofer Qardnerin rəhbərlik etdiyi araşdırmaya görə, cəmi iki aydan sonra veqan əkizlərin insulin səviyyələrində 20% , çəkidə və ürək xəstəliyi ilə əlaqəli bir protein olan aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterinin miqdarında əhəmiyyətli azalma olub. İstənilən LDL səviyyəsi 100 mq/dL-dən azdır və hər şeyi yeyən əkizlər 118,5-dən 116,1 mq/dL-ə düşərkən, veqan qrupu 110,7-dən 95,5 mq/dl-ə düşüb.

Tədqiqat ilk növbədə arıqlamağa deyil, pəhrizin sağlamlığa təsirini öyrənmək məqsədi daşıyıb. İştirakçılara istehlak olunan enerji miqdarına heç bir məhdudiyyət qoyulmadan, doyuncaya qədər yeməyə icazə verilib. Hər iki qrup ürək-damar sağlamlığında irəliləyişlər görüb, lakin ən böyük dəyişikliklər veqan pəhrizində olanlarda müşahidə edilib. Tədqiqat həmçinin veqan qrupunda B12 vitamininin səviyyəsinin azaldığını aşkar edib ki, bu da bitki əsaslı pəhrizdə ümumi problemdir və əlavələr tələb oluna bilər.

Veqan cəmiyyətinin bəzi müqavimətinə və müəyyən pəhriz məhdudiyyətləri olan insanlar üçün ortaya çıxan narahatlıqlara baxmayaraq, tədqiqat bitki əsaslı pəhrizin danılmaz sağlamlıq faydalarını vurğulayır. Bu faydalara çəki, qan təzyiqi səviyyəsinin azalması, diabet və ürək-damar xəstəlikləri riskinin aşağı düşməsi daxildir.

Gardner veqan pəhrizinə ciddi şəkildə riayət etməkdənsə, daha çox bitki əsaslı qidaların pəhrizə inteqrasiyasının vacibliyini vurğulayır. O vurğulayır ki, veqan pəhriz bağırsaq mikrobiotasını yaxşılaşdıra və telomer itkisini azaltmaqla qocalma prosesini ləngidə bilər. Bu araşdırma, müəlliflərin vurğuladığı kimi, pəhriz təfəkkürü və vərdişlərində geniş dəyişiklikləri qarşısına məqsəd qoyaraq, ciddi veqanizmə sadiqlikdənsə, daha sağlam qidalanmaya tədricən keçidi təşviq edən balanslaşdırılmış yanaşmanı müdafiə edir.

# 1038
avatar

Fidan İlqar

Oxşar yazılar