Virus xəstəliyi olanlar niyə isti çay  içməməlidirlər?
02 dekabr 2025 12:49 (UTC +04:00)

Virus xəstəliyi olanlar niyə isti çay içməməlidirlər?

0

Həkimlər xəbərdarlıq edirlər ki, bəzi müalicə üsulları soyuqdəyməni daha da ağırlaşdıra bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, soyuqdəymə və hərarət zamanı ən təsirli və tamamilə pulsuz vasitə sağlam və kifayət qədər yuxudur.

Yuxu orqanizmin immun sistemini səfərbər edərək viruslarla daha sürətli mübarizə aparmasına imkan verir.

Xəstəlik dövründə kofeinsiz içkilərə üstünlük verilməsi tövsiyə olunur. Ən yaxşı seçim təmiz su, giləmeyvə suları və ya təbii kompotlardır. Bu müddətdə qəhvə və sərt çaydan uzaq durmaq məsləhətdir, çünki onlar yuxunu poza və orqanizmin susuzlaşmasına səbəb ola bilər.

Mayelərin temperaturu da böyük rol oynayır. Sərin içkilər qızdırmanı aşağı salmağa və hərarətin yaratdığı narahatlığı azaltmağa kömək edir. İsti içkilər isə damarları genişləndirərək “isti vanna” effekti yaradır, bu da istirahət etmək və yatmaq istəyini artırır. Lakin isti içkilər mütləq kofeinsiz olmalıdır, əks halda yuxuya getmək çətinləşə bilər. Həddindən artıq isti çay boğazın selikli qişasının şişməsini gücləndirə və əlavə narahatlıq da yarada bilər.

Koronavirus və digər respirator infeksiyalar əsasən öskürək və asqırıq zamanı yaranan damcılar vasitəsilə ötürülür. Yoluxma həmçinin çirklənmiş səthlərlə təmasdan sonra əllərin üzə, gözlərə və ya buruna toxunması nəticəsində də baş verə bilər.

Həkimlər əlavə olaraq evdə optimal rütubət səviyyəsini qorumağı, otaqları mütəmadi havalandırmağı və selikli qişaları duzlu məhlullarla nəmləndirməyi məsləhət görürlər.

Orqanizmin müdafiə gücünü artırmaq və sağalmanı sürətləndirmək üçün vitamin C və D ilə zəngin yüngül, qidalı yeməklər də faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar