Yaşlı insanlar COVID-19-a niyə bu qədər həssasdırlar?
12 noyabr 2021 19:15 (UTC +04:00)

Yaşlı insanlar COVID-19-a niyə bu qədər həssasdırlar?

Məlum olduğu kimi, yaşlılar, eləcə də xroniki xəstəlikləri olanlar COVID-19-a yoluxmağa həssas olan risk qruplarındadırlar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Braun Universitetinin britaniyalı alimləri ilk dəfə yaşlı insanların yeni növ koronavirus infeksiyasına niyə bu qədər həssas olduğunu izah edə biliblər.

Tədqiqatçıların hesabatı risk qrupunun koronavirus infeksiyasına qarşı həssaslığını izah edən hüceyrə və molekulyar prosesləri təsvir edir.

Məlum olduğu kimi, təkcə yaşlılar deyil, həm də şəkərli diabet, hipertoniya, piylənmə, ürək-damar xəstəlikləri, xroniki obstruktiv ağciyər xəstəliyi və astma xəstələri SARS-CoV-2-yə yoluxduqda ağır nəticələr və ölüm riski ilə üzləşirlər.

Alimlərin xüsusi marağına səbəb xitinazaya bənzər zülal - xitinaz 3-ə bənzər zülal 1 olub.

Məlum olub ki, molekul bədəndə zədə və ya iltihab baş verdikdə aktivləşən prosesdə əsas halqadır.

Ekspertlərlər həmçinin müəyyən ediblər ki, xitinaza 3-ə bənzər protein 1 səviyyəsi infeksion xəstəliklərdə, xüsusən də amfizem, astma və xroniki obstruktiv ağciyər xəstəliyində yüksəlir ki, bu da özlüyündə COVID-19 üçün risk faktorudur.

Eyni zamanda məlum olub ki, xitinaz 3-ə bənzər zülal 1-in səviyyəsi qocaldıqca artır.
 

# 1770
avatar

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30