Yay hamilə qadınlar üçün təhlükəlidir -  SƏBƏBİ AÇIQLANDI
12 avqust 2022 09:09 (UTC +04:00)

Yay hamilə qadınlar üçün təhlükəlidir - SƏBƏBİ AÇIQLANDI

Yayın istisində hamilə qadınların hamiləliyin özbaşına patoloji kəsilməsi riski artır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə xəbərdarlıq Boston Universitetinin İctimai Sağlamlıq Məktəbinin alimlərinə istinadən yayılıb. Onlar yeni araşdırmada hamiləlik üçün ən təhlükəli ayı açıqlayıblar.

Tədqiqatın müəllifi Ameliya Vesselink və onun həmkarları hamiləliyin özbaşına patoloji kəsilməsi və mövsümi dalğalanmalar arasındakı əlaqəni araşdırıblar. Bunun üçün onlar hamiləliyi planlaşdıran hər bir qadının qəbul edə biləcəyi ABŞ və Kanada alimlərinin birgə araşdırması olan “Pregnancy Study Online”dan məlumatlarından istifadə ediblər. Qeydiyyatda olan qadınlar hamilə qala bilib-bilmədiklərini, hamiləliliyin pozulub-pozulmadığını, əgər bu baş verməyibsə, onda hansı müddətdə və nə vaxt doğum edə biləcəkləri barədə məlumat veriblər.

6104 qadın hamilə olduğunu bildirib, onların 20 faizində hamiləliyin özbaşına patoloji kəsilməsi baş verib. Məlum olduğu kimi, hamiləliyin özbaşına patoloji kəsilməsi avqust ayında, xüsusilə erkən mərhələlərdə (hamiləliyin 8 həftəsinə qədər) baş verir.

Tədqiqat müəllifinin fikrincə, istilər nəinki hamiləliyin özbaşına patoloji kəsilməsinin sayına təsir edir, həm də vaxtından əvvəl doğuşa, uşağın çəkisinin az olmasına və hətta ölü doğulmasına səbəb olur.

# 1752
avatar

Oxşar yazılar