Yüksək qan təzyiqi   bu yaşda ürəyi öldürür
13 noyabr 2025 19:46 (UTC +04:00)

Yüksək qan təzyiqi bu yaşda ürəyi öldürür

1

Yüksək qan təzyiqi bir çox sağlamlıq probleminə səbəb ola bilər, lakin ən çox zərər görən orqanlar ürək və böyrəklərdir. Hipertoniya nəticəsində bu orqanlarda yaranan zədələnmələr insan üçün ölümcül nəticələr doğura bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər yüksək arterial təzyiqi “səssiz qatil” adlandırır, çünki bu xəstəlik çox vaxt simptomsuz keçir və yaş artdıqca ciddi fəsadlara gətirib çıxarır.

Həkimlərin sözlərinə görə, artıq 30 yaşında belə təzyiqin azacıq yüksəlməsi gələcəkdə ürək tutması və ya insult riskini xeyli artırır.

Təzyiqə nəzarət – sağlam qocalığın açarıdır

Həkimlər bildirir ki, ömür boyu qan təzyiqinə nəzarət etmək ürəyin yaşlanma prosesinə qoyulan ən mühüm “investisiyadır”. Pasiyentlərə, sistolik təzyiqin 140 mm civə sütununa çatdığı halda, ürək-damar xəstəlikləri olanlara isə 130 mm-dən yuxarı qalxdıqda müalicəyə başlamaq tövsiyə olunur.

Tədqiqatçılar hesab edir ki, 120 mm-dən aşağı təzyiq göstəriciləri ürəyi daha yaxşı qoruya bilər və infarkt riskini azaldar.

Ürək tutmasının əsas əlamətləri

Həkimlər ürək tutması zamanı diqqət edilməli olan əlamətləri sadalayır:

Sinədə ağrı, təzyiq və ya sıxılma hissi, ağırlıq və nəfəs darlığı, başgicəllənmə, tərləmə, ürəkbulanma və ya qusma, güclü narahatlıq və panika hissi, öskürək və ya xırıltılı nəfəs alma.

Erkən diaqnoz həyat xilas edir

Mütəxəssislər xəbərdarlıq edir ki, bu əlamətləri vaxtında tanımaq və təcili tibbi yardıma müraciət etmək həyatı xilas edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 362

Oxşar yazılar