Yuxu çatışmazlığının  mənfi təsirlərini   azaldan üsul
31 mart 2023 13:57 (UTC +04:00)

Yuxu çatışmazlığının mənfi təsirlərini azaldan üsul

İdman yuxusuzluğun erkən ölüm riskini azaldır. 

Lent.az xəbər verir ki, bu barədə Quançjou Tibb Universitetinin çinli alimləri məlumat yayıb.

Akselerometr qolbaq taxan 40-73 yaş arası 92.000 insanın məlumatlarına baxılıb. Yeddi illik təqib zamanı 3080 iştirakçı ölüb. Bunlardan 1074-ü ürək-damar xəstəliklərindən, 1871-i isə xərçəngdən həyatını itirib. 

Həmin insanların yuxu müddəti üç variantda ifadə edilib: qısa (altı saatdan az), normal (altıdan səkkiz saata qədər) və ya uzun (səkkiz saatdan çox). 

Fiziki fəaliyyət səviyyəsi də aşağı, orta və yüksək səviyyələrə bölünüb. Bunlarla yanaşı, idman fəaliyyətinin intensivlik dərəcəsi də nəzərə alınıb . 

Yaş, cins, etnik mənsubiyyət, məhrumiyyətlər, təhsil səviyyəsi, bədən kütləsi indeksi, pəhriz, siqaret, spirt istifadəsi və iş qrafiki ilə bağlı düzəlişlərdən sonra tədqiqatçılar idmanın az və ya çox yuxunun mənfi təsirlərini neytrallaşdırdığını aşkar edib.

Az fəaliyyətdə olan şəxslər daha çox, ya da qısa yatdıqları məlum olub. Nəticədə bu səbəblərdən ölüm riski 16% və 37% artıb. 

Orta səviyyədə idmanla məşğul olanlar yalnız kifayət qədər yatmamaqdan əziyyət çəkiblər(vaxtından əvvəl ölmə ehtimalı 41 faiz). 

Çox fiziki fəaliyyətlə, idmanla məşğul olan şəxslərin erkən ölüm arasında heç bir əlaqə tapılmayıb. 

Ən sonda isə az yatan və məşq edən insanlar arasında tədqiqat aparılıb. Nəticədə onların ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi və ölüm riskinin 69 faiz artdığı ortaya çıxıb. 
 

# 1320
avatar

Sevinc Fərid

Oxşar yazılar

Xərçəngdən qorunmağın SADƏ YOLU

Xərçəngdən qorunmağın SADƏ YOLU

20 aprel 2024 , 15:43
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

20 aprel 2024 , 14:47
Niyə hər gün darçın istehlak edilməlidir?

Niyə hər gün darçın istehlak edilməlidir?

20 aprel 2024 , 14:14
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

20 aprel 2024 , 13:42
Dondurma sağlamlığa zərərlidir?

Dondurma sağlamlığa zərərlidir?

20 aprel 2024 , 11:19
 Öskürək və köpün   dərmanı - Razyana

Öskürək və köpün dərmanı - Razyana

20 aprel 2024 , 10:13
Çay necə zəhərə çevrilir?  - Bu içkini nə zaman içməlisiniz?

Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?

20 aprel 2024 , 09:41
 Sabunla yuyunmanın   təhlükəsini AÇIQLANDI

Sabunla yuyunmanın təhlükəsini AÇIQLANDI

19 aprel 2024 , 17:50