89 yaşlı Cümhuriyyətin şərəfinə - FOTO
Türkiyə Respublikasının yaradılmasının 89-cu ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi oktyabrın 31-də “Gülüstan” sarayında rəsmi qəbul təşkil edib. Lent.az-ın məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, siyasi partiya rəhbərlərinin, türkiyəli iş adamlarının, hərbçilərin, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir əməkdar artist Azərinin ifasında hər iki ölkənin dövlət himnləri səslənməsi ilə başlayıb.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun qonaqları salamlayıb. Türkiyənin demokratik, sosial bir hüquqi dövlət olaraq dinamik iqtisadiyyatı, güclü ordusu, dürüst diplomatiyası ilə çevrəsinə istiqlal yayan bir ölkə halına gəldiyini deyən səfir Azərbaycanla Türkiyənin ortaq tarixi, mədəni dəyərlərə malik olduğunu vurğulayıb.
Səfir deyib ki, ikili əməkdaşlıq çərçivəsində Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı-Tibilisi-Qars layihələrinin icrası qardaş ölkələr arasında əlaqələrin inkişafını daha da sürətləndirdib.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də toxunaraq, Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu münaqişə hər iki ölkənin yarasıdır və Türkiyə hər zaman Azərbaycanın yanında durmağa davam edəcək.
Daha sonra Azərbaycanın baş nazirinin müavini Abid Şərifov çıxış edib. Prezident İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən Abid Şərifov qardaş ölkəyə firavanlıq və yeni nailiyyətlər arzulayıb.
Tədbirin sonunda qonaqlara ziyafət verilib.
Jalə

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00