Beynəlxalq Mülki Aviasiya Təşkilatında Xocalı Limanından danışılıb
Ötən gün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, səfir Fərid Şəfiyev bu təşkilat Şurasının iclasında çıxış edib.
Lent.az-a Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən daxil olan məlumata görə, çıxış zamanı səfir Fərid Şəfiyev Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar olunması niyyətinə BMAT Şurasının üzvlərinin diqqətini cəlb edib.
Səfir belə bir təxribatın həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini vurğulayıb.
Daha sonra səfir Fərid Şəfiyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin üstündə olan hava məkanı mülki aviasiya uçuşları üçün bağlıdır və hər hansı təyyarənin belə bir zonaya göndərilməsi sərnişinlərin həyatının təhlükə altında qoyulması deməkdir.
Səfir Ermənistanın bu cür məsuliyyətsiz addımlarını kəskin şəkildə tənqid edərək, Azərbaycanın öz hava məkanını beynəlxalq hüquq çərçivəsində, xüsusən Çikaqo Konvensiyasının müvafiq müddəalarına uyğun olaraq,qorumaq hüququna malik olduğunu (məsələn, təyyarələrə qarşı tutma əməliyyatının həyata keçirilməsi) diqqətə çatdırıb.
Səfir Fərid Şəfiyevin BMAT-ın rəhbərliyi ilə təmasları zamanı Xocalı hava limanı, ümumiyyətlə, Dağlıq Qarabağ və işğal olunmuş başqa ərazilərin üzərində olan hava məkanının Azərbaycana aid olduğunu və Azərbaycan hökumətinin icazəsi olmadan digər ölkə tərəfindən istənilən uçuşların təşkilinin qanunsuzluğu təsdiq edilib.

Oxşar yazılar

Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54
ABŞ-ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olundu -VİDEO
12 avqust 2025 , 10:51