Azərbaycan və Ukrayna müdafiə nazirləri əməkdaşlıq planı imzalayıblar – FOTO
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra qonağın nazirlikdə təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.
Nazirlərin əvvəlcə geniş tərkibli, sonra isə təkbətək görüşü olub. Nazir Səfər Əbiyev Azərbaycanla Ukrayna arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafından söhbət açaraq bildirib ki, son illər bu əməkdaşlıq hərbi və hərbi sənaye kompleksində də özünü geniş şəkildə göstərir.
Görüş zamanı regionda hərbi-siyasi vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Səfər Əbiyev qeyd edib ki, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi nəticəsində Dağlıq Qarabağ münaqişəsi bu günədək həll edilməyib. Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyəti də heç bir nəticə verməyib: “İyirmi ilə yaxın işğal altında qalan torpaqlarda bütün infrastruktur, maddi-mədəniyyət abidələri darmadağın edilib. Ermənistan silahlı bölmələrinin Xocalı şəhərində təsəvvürə gətirilməyən qətliamı bütün dünyaya bəllidir”.
Nazir Səfər Əbiyev bildirib ki, Azərbaycan daha bundan sonra işğal faktının uzanmasına yol verə bilməz. O, münaqişənin sülh şəraitində həll edilmədiyi halda torpaqların başqa vasitələrlə işğaldan azad ediləcəyini önə çəkib.
Görüşün sonunda 2013-cü il üçün Azərbaycan və Ukrayna müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12