NATO Parlament Assambleyasının yekun qətnaməsinə Azərbaycan dəyişiklik edib
NATO Parlament Assambleyasının Praqada keçirilən payız sessiyasının yekun qətnaməsinə Azərbaycan tərəfinin təklifi ilə bir dəyişiklik edilib.
APA-nın Brüsseldə olan əməkdaşının bildirdiyinə görə, bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim bildirib.
Onun sözlərinə görə, qətnamədə NATO qüvvələrinin 2014-cü ildə Əfqanıstandan çıxarılması marşrutları qeyd olunsa da, orada Xəzər dənizi - Cənubi Qafqaz dəhlizi qeyd olunmayıb.
Azərbaycanı təmsil edən deputatlar tərəfindən məsələ qaldırıldıqdan sonra bu marşrut sənədə əlavə olunub: «Qətnamədə Mərkəzi Asiya-Rusiya və Pakistan marşrutları göstərilmişdi. Azərbaycan və Gürcüstanı əhatə edən Cənubi Qafqaz dəhlizi ən qısa və optimal yoldur. Bizim heyət səy göstərərək bunu sənədə daxil etdirdi».
Diplomat deyib ki, indiyədək NATO-nun Əfqanıstana daşınan qeyri-hərbi yeklərinin 35%-i Azərbaycan üzərindən yerinə yetirilib.
Bu yaxınlarda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və nəqliyyat nazirinin müavini Musa Pənahov NATO-da səfərdə olub və Əfqanıstandan çıxarılan yüklərin Azərbaycan üzərindən Avropaya daşınmasına dair müzakirələr aparılıb. Əfqanıstandan çıxarılan yüklərin bir hissəsinin 2013-cü ildə istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmiryolu ilə Avropaya daşınması proqnozlaşdırılır.

Oxşar yazılar

Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30
Hicran Hüseynova “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
12 avqust 2025 , 12:54
ABŞ-ın tanınmış televiziya kanalında Vaşinqton Zirvəsi müzakirə olundu -VİDEO
12 avqust 2025 , 10:51
Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə müraciət göndərdi
11 avqust 2025 , 19:22
Azərbaycan və Ermənistan sərhədə başqa ölkənin qüvvələrini yerləşdirməyəcək
11 avqust 2025 , 17:26