Soydaşımız Ankaradan İrəvana yürüşə başladı - FOTO
Lent.az-ın “İhlas” agentliyinə istinadən verdiyi məlumata görə, 59 yaşlı azərbaycanlının səfəri Ankaradakı Türkiyə Böyük Millət Məclisindən başlayıb.
O, bildirib ki, Ermənistan Azərbaycandan aldığı torpaqları geri verənədək yürüşünü davam etdirəcək. Bayramlı hər gün 15-20 km piyada gedərək, Xocalı qətliamının 21-ci ildönümündə - 2013-cü il fevralın 25-dən 26-a keçən gecə İrəvanda olmaq niyyətindədir. O, marşrutunu hava şəraitinə uyğun quracağını deyib. Soydaşımız Ermənistanda ona problemin yaradılacağını düşünsə də, ölümdən qorxmadığını bir daha bəyan edib.
Bayramlı Ermənistanda qondarma soyqırım abidəsini də ziyarət edəcək. Lakin o, həmin abidə önündə əsl soyqırımın azərbaycanlılara qarşı törədildiyini söyləyəcək. Soydaşımız düşmən ölkənin heç bir rəhbərliyi ilə görüşməyəcəyini deyib: “Hətta prezident belə mənə həmsöhbət ola bilməz. Ermənilər kimdir ki?”
Qeyd edək ki, Qələndər Bayramlının 2 oğlu, 3 nəvəsi var. O, övladlarına Azər və Baycan, nəvəsinə Gəncə adını qoyub. Bayramlı Ermənistana yürüşündən övladları və nəvələrinin xəbərsiz olduğunu deyib. Soydaşımızın fikrincə, bu yürüş ona övladlarından və nəvələrindən daha önəmlidir.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00