Bahar Muradovadan Ermənistanın sabiq xarici işlər nazirinə sərt cavab
“Əslində bu gün Ermənistan özündə siyasi iradə tapıb, Azərbaycan torpaqlarını işğal etməsini etiraf etməlidir”. Lentaz-ın verdiyi məlumata görə, bunu Ermənistanın sabiq xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovanesyanın fikirlərinə münasibət bildirən Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.
Qeyd edək ki, Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasında iştirak edən Ermənistanın İrs Partiyasının sədri, Ermənistanın sabiq xarici işlər naziri Raffi Ovanesyan isə deyib ki, Dağlıq Qarabağda yaşayan insanların öz müqəddəratını təyin etmək hüququ var: “Mən işğal məsələsi ilə razılaşmıram. Yalnız Azərbaycanla Türkiyə bunu işğal sayır, biz bunu işğal saymırıq. Biz bunu azad edilmiş torpaqlar kimi qiymətləndiririk. Dağlıq Qarabağdakı insanlar hüquqlarını təyin edə bilməlidirlər”.
Bahar Muradova isə deyib ki, Ermənistan bu işğal faktı ilə beynəlxalq hüquq normalarını və ölkələrin ərazi bütövlüyü prinsipini kobud şəkildə pozub: “Ermənistan bunu etiraf etmək əvəzinə başqalarına necə hərəkət etmək barədə tövsiyyə verməkdən belə çəkinmir. Bu, onların öz mövqeyi və öz işidir. Amma Azərbaycanın bu məsələdə öz qətiyyətli mövqeyi var. Biz Ermənistana Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmağa imkan verməyəcəyik. Azərbaycan torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq, vətəndaşlarının öz evlərində, torpaqlarında yaşaması üçün hər şey edəcək. Ona görə də bu kimi fikirlərin ictimai rəyə hansısa təsir göstərəcəyini düşünmürəm. Azərbaycan torpaqlarının işğal olunması beynəlxalq sənədlərdə, BMT qətnamələrində əksini tapıb. Ona görə də Ermənistan işğalçı adı ilə çağırılmasını qəbul etməlidir”.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00