Pol Vill: “Hazırda hansısa qiymətləndirmə həyata keçirmək mümkün deyil”
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 18 Avropa Şurası Parlament Assambleyasının 18 mart Konstitusional Referendumun müşahidə olunması üzrə Xüsusi Komitənin üzvlərilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə belçikalı deputat Pol Villin başçılıq etdiyi 5 nəfərlik nümayəndə heyəti və Avropa Şurası Bakı Ofisinin rəhbəri Veronika Kotek iştirak edib. Görüşdə Azərbaycanda demokratik proseslərin gedişi, ölkədə referendumqabağı vəziyyət müzakirə edilib.
Görüşdən sonra jurnalistlərə açıqlama verən P.Vill referendumun səhəri gün – martın 19-da mətbuat konfransı keçirib proseslə bağlı öz mövqelərini bildirəcəklərini deyib. “Hazırda hansısa qiymətləndirmə həyata keçirmək mümkün deyil. Biz hazırkı mərhələdə yalnız məlumatların toplanması ilə məşğuluq. Ancaq onu deyə bilərəm ki, Avropa Şurasının missiyası referendum keçirmə təşəbbüsünün düzgün olub-olmadığını qiymətləndirmək üçün gəlməyib. Bizi bu referendumu müşahidə etmək üçün dəvət ediblər. Biz də müşahidə üçün buradayıq” – deyə, o əlavə edib.
Bakıdakı “Hyatt Regency” otelində məskunlaşan avropalı qonaqlar hansı seçki məntəqələrində müşahidə aparacaqlarını açıqlamayıblar.
Pərvin ABBASOV

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07