İqbal Ağazadənin keçmiş müavini Ümid Partiyası sıralarından qovuldu
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr və partiyanın üzvü Fuad Qocayevin partiya sıralarından xaric edilməsi ilə bağlı partiya İcra Aparatının Rəyasət Heyətinə tövsiyəsi müzakirə olunub.
Partiyadan bildiriblər ki, müxtəlif mətbuat səhifələrində partiyanın nüfuzuna xələl gətirən çıxışları ilə bağlı F.Qocayev iki dəfə İcra Aparatının iclasına dəvət edilib, lakin o, iclasda iştirak etməkdən imtina edərək, müxtəlif bəhanələr gətirərək iclasa qatılmayıb. İcra Aparatının üzvləri F.Qocayevin mətbuatdakı çıxışlarını partiyanın əleyhinə olan təbliğat kimi qiymətləndirib, onun hərəkətlərini pisləyərək belə fəaliyyətin partiya üzvünün nizamnamə ilə üzərinə düşən vəzifələrinə zidd olduğunu bildiriblər. Partiyanın ictimai nüfuzuna xələl gətirən fəaliyyətinə görə İcra Aparatı F. Qocayevin partiya sıralarından xaric edilməsini Rəyasət Heyətinə tövsiyə edib. Rəyasət Heyətinin iclasında bu məsələ müzakirə edilərək Fuad Qocayevin partiya sıralarından xaric edilməsi ilə bağlı yekdil qərar qəbul olunub.

Oxşar yazılar

Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37
150 illik yol: "Əkinçi"dən Şuşaya - Vüsalə Mahirqızı yazır
24 iyul 2025 , 15:26
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi: Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
23 iyul 2025 , 16:00
Media nümayəndələrinə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu
22 iyul 2025 , 19:50
MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubiley tədbiri keçirilib
22 iyul 2025 , 19:43
Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46
Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
21 iyul 2025 , 17:57