“Həmsədr dövlətlər mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar”
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ ATƏT üzvü olan dövlət və hökumət başçılarının ötən həftə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən zirvə görüşünün yekun nəticələri ilə bağlı olub.
ATƏT-in Astana sammitinin tamamilə iflasa uğradığını önə çəkən BAXCP İdarə Heyəti hesab edir ki, bundan sonra Azərbaycan hökumətinin, dövlətinin və xalqının beynəlxalq birlikdən ədalətli mövqe gözləməsi tamamilə absurddur: “BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün - ABŞ, Rusiya və Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlik etmələrə baxmayaraq, məhz onların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə öz maraqları çərçivəsində yanaşmaları problemin həllində beynəlxalq hüquq normalarına əsaslanan irəliləyişlərin əldə olunmasına ciddi maneə yaradıb. ATƏT-in Astana sammiti sübuta yetirdi ki, dünyanın aparıcı dövlətlərinin söz sahibi olduğu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər işğal altında olan Azərbaycan torpaqları ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar. Bu baxımdan bu dövlətlərin siyasətində hər hansı bir dəyişikliyin baş verməsi gözlənilən deyil”.
BAXCP İdarə Heyətinə görə, Azərbaycan hökuməti və xalqı Dağlıq Qarabağın və işğal altında olan digər ərazilərimizin azad edilməsi barədə ciddi şəkildə düşünməlidir: “BAXCP Azərbaycan hökumətini azad bazar iqtisadiyyatının təməl prinsiplərinə söykənən güclü iqtisadiyyat, peşəkar ordu formalaşdırmağa, çoxpartiyalı sistemin gücləndirilməsi, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırır”.
BAXCP eyni zamanda Azərbaycan hökumətini Rusiya, Belorus və Qazaxıstanın iştirakı ilə yaradılmış Gömrük İttifaqına daxil olmağın perspektivi barədə düşünməyə, eləcə də ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı prosesi sürətləndirməyə çağırıb.

Oxşar yazılar

Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37
150 illik yol: "Əkinçi"dən Şuşaya - Vüsalə Mahirqızı yazır
24 iyul 2025 , 15:26
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi: Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
23 iyul 2025 , 16:00
Media nümayəndələrinə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu
22 iyul 2025 , 19:50
MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubiley tədbiri keçirilib
22 iyul 2025 , 19:43
Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46
Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
21 iyul 2025 , 17:57