“Müxalifətdə ciddi keyfiyyət dəyişikliklərinə ehtiyac var”
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov deyib. O qeyd edib ki, son parlament seçkilərində müxalifətin uğur qazana bilməməsi, müxalifətdaxili proseslərin düzgün qurulmaması, istiqamətlərin düzgün müəyyən edilməməsinin nəticəsidir: “Bu səbəbdən də biz hesab edirik ki, müxalifətdə ciddi keyfiyyət dəyişikliklərinə ehtiyac var. Biz də istərdik ki, Azərbaycanda güclü, normal sivil qaydada fəaliyyət göstərə bilən müxalifət olsun”.
Əli Əhmədov jurnalistlərin müxalifət dairələrinin Milli Məslisə alternativ xalq məclisinin yaradılması barədə sualı da cavablandırıb. O bildirib ki, xalq məclisi yaradılması ideyası cəfəngiyatdır. Onun sözlərinə görə, indiki şəraitdə xalq məclisinin yaradılması heç bir reallığa söykənmir: “Biz belə hesab edirik ki, əgər müxalifətin bu ideyası normal, mövcud həqiqətlərə, reallığa söykənən bir ideya olsaydı, o zaman xalq parlament seçkilərində müxalifətin heç olmasa, bir neçə namizədinə səs verərdi. Buna görə düşünürəm ki, bu ideya da özünü doğrultmur. Belə bir xalq məclisinin yaradılması indi Azərbaycan şəraitində mümkün deyil”.
Elxan Salahov

Oxşar yazılar

Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37
150 illik yol: "Əkinçi"dən Şuşaya - Vüsalə Mahirqızı yazır
24 iyul 2025 , 15:26
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi: Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
23 iyul 2025 , 16:00
Media nümayəndələrinə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təqdim olundu
22 iyul 2025 , 19:50
MEDİA-nın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubiley tədbiri keçirilib
22 iyul 2025 , 19:43
Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46