JuHİ sədri Müşfiq Ələsgərli Moskvada beynəlxalq konfransda məruzə ilə çıxış edib
Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Şəbəkəsi və Rusiya Jurnalistlər Birliyi tərəfindən təşkil edilən konfransda Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramına daxil olan ölkələrdən - Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycandan, həmçinin, Şərqi Avropanın keçmiş sosialist sisteminə aid olmuş ölkələrdən 200 nümayəndə iştirak edib.
Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) Lent.az-a verilən məlumata görə, Konfransın gedişində yuxarıda adı çəkilmiş ölkələrdə medianın durumu, həmçinin, yeni media təşəbbüsləri mövzusunda müzakirələr aparılıb. Media sahəsində ortaya çıxan yeni proseslər və onların tənzimlənməsi mexanizmləri xüsusilə diqqət mərkəzində olub. Onlayn medianın inkişafı, elektron medianın durumu, internet medianın çap və elektron media ilə qarşılıqlı münasibəti konfransın müzakirəsinə təqdim edilib.
Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Aydan Vayt, Thomson Fondunun İnkişaf Direktoru Richard Tynen, Rusiya Jurnalistlər Birliyinin sədri Vsevolod Boqdanov, Avropa Jurnalistlər Şəbəkəsinin təmsilçisi konfransda çıxış edərək yeni media təşəbbüsləri və onlara münasibət məsələsində mövqelərini ifadə ediblər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Konfransda “Gələcəkdə Etik Jurnalistikanın qorunması və inkişaf etdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. JuHi sədri çıxışında Azərbaycanda medianın durumu, etik prinsiplərin tənzimlənməsi və inkişaf etdirilməsi mexanizmləri barədə məlumat verib.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37