“General Hospital” 20 min manat  CƏRİMƏLƏNDİ - SƏBƏB
25 avqust 2026 14:09 (UTC +04:00)

“General Hospital” 20 min manat CƏRİMƏLƏNDİ - SƏBƏB

0

“General Hospital” MMC külli miqdarda cərimələnib.

Lent.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsi adı çəkilən MMC-nin Suraxanı rayonu ərazisində yerləşən müəssisəsində plandankənar yoxlama keçirib. Nəticədə müəssisədə lisenziya olmadan özəl tibbi fəaliyyət göstərildiyi aşkarlanıb.

Faktla bağlı Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsilə protokol tərtib olunub. Protokol baxılması üçün məhkəmə göndərilib.

Məhkəmənin qərarı ilə “General Hospital” MMC 20 min manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar